Məşhur mafiya lideri partiya qurur? - Sedet Pekerin vəkili "aranı qarışıdırdı"

img

30-09-2024 [09:13]


Türkiyənin ən güclü mafiya lideri sayılan və axtarışda olan Sedat Pekerin aktiv siyasətə qatılacağı haqqında söz-söhbərlər ölkənin siyasi düşərgəsini "çalxalayıb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yayılan məlumata görə, yeni yaranan Halkın Səsi Partiyasının arxasında, o, durub.

Məsələ ilə bağlı Sedat Pekerin vəkili Ersan Barkın qısa açıqlama yayıb.

O, açıqlamasında xəbəri təkzib eləsə də, "hazırkı an üçün" sözünü işlətməklə, siyasi düşərəgədə "aranı qarışdırıb". Bəziləri bu sözü əsas görürərək, Sedet Pekerin belə bir niyyətdə olduğunu iddia etməyə başlayıb.

Vəkil isə bildirib ki, müvəkkili Sedat Pekerin heç bir siyasi partiyanın yaradılmasında rolu yoxdur: "Tez-tez qarşımıza çıxan "Halkın Səsi Partiyası" adlı təçkilatın da müvəkklimlə bağlılığı yoxdur...".

Vəkil əlavə edib ki, HAZIRKI AN (Seçmə Mia.az-a məxsusdur) hazırkı an üçün müvəkkili hər ahnsı bir siyasi təşkilat yaratmağa çalışmır. 

Vəkl hər kəsi xəbərdar edib ki, Sedet Pekerə görə adıçəkilən təşkilatlara üzv olanların gələcəkdə üzləşəcəkləri hər hansı maddi və mənəvi ziyana görə məsuliyyət daşımırlar...

Onun sosial media hesabından yaydığı açıqlamanı aşağıda olduğu kimi təqdim edirik.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR