Əli İnsanov daha iki generalla savaşa başladı – 100 minlik qalmaqal (ÖZƏL)

img

14-07-2014 [10:34]


Sabiq səhiyyə naziri Əli İnsanov yenidən məhkəmə savaşına başlayıb.

Mia.az-a daxil olan məlumata görə, sabiq nazir ədliyyə naziri, general Fikrət Məmmədovla Penitensiar Xidmətinin rəisi, general Mədət Quliyevdən şikayət verdi.

Bu barədə Mia.az-a verilən məlumata görə, nazirlə Mədət Quliyevin məhkəməyə verilməsi bir neçə proseslə əlaqəlidir: «Əli İnsanov həm Avropa İnsan Hüquqları Məhkəməsinin 14 mart 2013-cü il tarixli qərarının icrası ilə bağlı tədbir görülməməsi, həm ağır şəraitdə saxlanılmaqla işgəncəni davam etdirilməsini, həm müraciətlərinə mahiyyəti üzrə cavab verilməməsinin qanunsuz hesab edilməsini əsas gətirərək, bu öhdəliyin cavabdehlərə həvalə edilməsi, mənəvi zərərə görə 100.000 (yüz min) manat kompensasiyanın hər iki general rütbəli vəzifəli şəxslərdən tutulmasını tələb etməyə başlayıb».

Mia.az bildirilir ki, sabiq nazirin 2 saylı Bakı İnzibati Məhkəməsinin qətnaməsindən verdiyi şikayət artıq Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub: «Əli İnsanovun şikayətinə sözügedən məhkəmədə hakim Elmira Nağıyevanın sədrliyi ilə baxılacaq. Artıq Elmira Nağıyeva sabiq nazirin şikayəti üzrə iclas saatı da təyin edib. Nazir Fikrət Məmmədovla general Mədət Quliyevə qarşı məhkəməyə iyulun 15- start veriləcək».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA