PA-nın sektor müdiri: “Media savadlılığının artırılması, tənqidi təfəkkürün gücləndirilməsi və..."
24-09-2024 [11:47]
Kütləvi informasiya vasitələri xüsusilə qlobal çağırışlar və dünyada baş verən dəyişikliklər fonunda ictimai rəyin formalaşmasında və xalqlar arasında münasibətlərin qurulmasında mühüm rol oynayır.
Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Azərbaycan-Özbəkistan Media Forumunda deyib.
K.Həsənov bu forumun təcrübə və fikir mübadiləsi üçün unikal imkan yaratdığını vurğulayaraq, onun Azərbaycan ilə Özbəkistan arasında kommunikasiya və media siyasəti sahəsində əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün katalizator rolunu oynayacağına əminliyini ifadə edib.
O, həmçinin xatırladıb ki, Azərbaycan və Özbəkistanı çox qədim zamanlardan ortaq tarix, dil, kök, adət-ənənə və mədəniyyət birləşdirir.
“Müstəqillik illərində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edib, bu gün isə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin mahir siyasəti, eləcə də onların şəxsi dostluğu və sıx əlaqələri sayəsində bu əməkdaşlıq daha da inkişaf edib. Bizim münasibətlərimiz artıq yeni səviyyəyə yüksəlib - bu gün Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir. Bildiyiniz kimi, bu ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı Müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Xüsusilə vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanın cəmi 4 dövlətlə müttəfiqlik münasibətləri var və bu ölkələrdən biri də Özbəkistandır. Hesab edirəm ki, bu fakt ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir”, - deyən K.Həsənov əlavə edib ki, müasir dünyada müttəfiqlik əlaqələri siyasət, iqtisadiyyat və hərbi sahələrlə yanaşı, informasiya təhlükəsizliyi sahəsində də əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
“Bu gün media və kommunikasiya sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas və mühüm tərkib hissəsidir. Hər il bu cür əməkdaşlıq daha aktual və zəruri olur. Bu gün biz qlobal informasiya inqilabı ilə əlaqədar beynəlxalq münasibətlər məsələsində böyük dəyişikliklərin şahidi oluruq. Bu isə təkcə milli deyil, həm də beynəlxalq səviyyədə informasiya təhlükəsizliyi məsələsini gündəmə gətirir”, - o vurğulayıb.
Prezident Administrasiyasının nümayəndəsi onu da bildirib ki, təcrübə və uğurlu modellərin mübadiləsi yeni bacarıq və yanaşmaların öyrənilməsi üçün çox vacibdir: “Bu cür biliklər daha məsuliyyətli və məlumatlı jurnalist cəmiyyətinin formalaşmasının əsasını təşkil edir və hazırkı aktiv dezinformasiya dövründə son dərəcə vacibdir. İnformasiyanın əsas resurs hesab edildiyi müasir dünyada onunla manipulyasiya ictimai asayişin, sabitliyin pozulmasına, dövlət qurumlarına inamın sarsılmasına gətirib çıxara bilər. Sosial şəbəkələr reallıq haqqında yanlış təsəvvür yaradan, vətəndaş cəmiyyətinin əsaslarını sarsıdan yalan məlumatların yayılması üçün platformaya çevrilir. Bu təhriflər siyasi qütbləşməni dərinləşdirmək potensialına malikdir. Saxta məlumatlar fakt kimi qəbul edilməyə başlayanda sosial münaqişələr artır, konstruktiv dialoq qabiliyyəti itir, cəmiyyətin böhran vəziyyətlərinə mental dayanıqlığı zəifləyir”.
Onun sözlərinə görə, yalan xəbərlərin sayı son illər on dəfələrlə artıb, təsadüfi deyil ki, bu gün dezinformasiya əsas qlobal təhlükələrdən sayılır. “Etibarsız məlumatların sayı o qədər sürətlə artır ki, ənənəvi dəqiqləşdirmə üsulları artıq bu axınla ayaqlaşa bilmir. Süni intellekt texnologiyalarının inkişafı isə vəziyyəti daha da çətinləşdirir”.
K.Həsənov hesab edir ki, bu təhlükənin qarşısını almaq üçün dövlət və vətəndaş cəmiyyətinin konsolidasiyası tələb olunur. Media savadlılığının artırılması, tənqidi təfəkkürün gücləndirilməsi və faktların yoxlanılmasına dair vahid sistemin yaradılması üçün kompleks tədbirlərə ehtiyac var.
“Bu prosesdə əsas rolu media, peşəkar jurnalistlər, mətbuat nümayəndələri oynamalıdır. Dezinformasiya və saxta xəbərlərin qarşısında həqiqətin müdafiəsində və media savadlılığının təşviqində məhz peşəkar jurnalistika həlledici rol oynayır.
Bunu daha məlumatlı və dayanıqlı cəmiyyət yaratmaq üçün məsuliyyətli tənzimləmə də adlandırmaq olar. Bu məsələdə əməkdaşlıq və əlaqələrin qurulması çox mühüm rol oynayır”, - o qeyd edib.
Sektor müdiri xatırladıb ki, iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın əsası 2022-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması ilə qoyulub. 2023-cü ildə isə Özbəkistan Prezidentinin Bakıya dövlət səfəri çərçivəsində bu əməkdaşlığın inkişafı üçün Yol Xəritəsi imzalanıb.
“Mən çox şadam ki, rəsmi strukturlar arasında bu əməkdaşlıq mediamız və jurnalistlərimiz tərəfindən kifayət qədər uğurla həyata keçirilib. İki il ərzində biz Bakıda qardaş Özbəkistanın bir neçə nümayəndə heyətini və jurnalist qruplarını qəbul etmişik, onlar təcrübə mübadiləsi çərçivəsində aparıcı KİV-lərə, o cümlədən dövlət media orqanlarına baş çəkiblər.
Bu gün isə Media Forumun iştirakçıları ilə yanaşı, Azərbaycan mediasının nümayəndələri, eləcə də nazirlik və dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları təcrübə mübadiləsi çərçivəsində Daşkəndə gəliblər. Biz də özbək həmkarlarımızın tezliklə Bakıya səfərini gözləyirik və ümid edirik ki, bu təcrübə mübadiləsi həmkarlarımızın bir-biri ilə daha sıx əlaqələr yaratmasına imkan verəcək.
Bu kontekstdə əminəm ki, bu gün biz ölkələrimizin kütləvi informasiya vasitələri arasında informasiya mübadiləsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan və Özbəkistan arasında sıx əməkdaşlığın daha bir əsasını qoyuruq”, - o əlavə edib(Report).
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov