Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin müavinləri görüşüblər

img

23-09-2024 [22:05]


Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin müavinləri Yalçın Rəfiyevlə Sergey Verşinin noyabrda Bakıda keçiriləcək COP29 öncəsi iqlim gündəliyini müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşün yekunlarına dair məlumatında bildirilir.

“Həmçinin Nyu-Yorkda keçirilən BMT-nin "Gələcək üçün Zirvə" sammitinin cari məsələləri, eləcə də bu kontekstdə toplantıda təsdiq edilmiş “Gələcək Paktı”nın əsas prinsipləri müzakirə olunub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun ekoloji və enerji əməkdaşlığının inkişafı qeyd edilib”, - Rusiya XİN əlavə edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR