"Belə müzakirələrdə daha yoxam” - İlqar Məmmədov siyasətdən birdəfəlik gedib
23-09-2024 [09:51]
REAL Partiyasının sabiq sədriİlqar Məmmədov siyasətdən birdəfəlik gedib.
Mia.az xəbər verir ki, bu barədə o, bəyanat verib.
Bəyanatda İ.Məmmədov qeyd edib ki, prezident və parlament seçkilərində uğur qazana bilməyəsəci təqdirdə publik siyasətdən çəkiləcəyi haqda vaxtilə verdiyi sözünün üstündə durur: “Ölkəmizin müharibə sonrası gələcəyinə həsr olunmuş ilk səsvermə üç həftə əvvəlki 1 sentyabr Milli Məclis seçkisi idi. Burada da, təəssüf ki, partiyamızın parlamentdə təmsilçiliyini artıra bilmədim. 2024-cü ildə xalqımız özünün ali siyasi iradəsini səkkizinci dəfə ifadə edərək, mənə yenə də “yox” qərarını açıqladı. Bu müqəddəs iradəyə tabesizlik göstərmək düzgün olmazdı. Onu eşitdim və, söz verdiyim kimi, publik siyasi fəaliyyətdən bu gündən ayrılıram”.
İ.Məmmədov bildirib ki, kütləvi etirazın yoxluğunda bu halı ancaq xalqın hazırkı hakimiyyətə qeyd-şərtsiz dəstəyi kimi oxumaq lazımdır: “26 il uzunluğunda yoldan sonra mən də məhz bu cür oxumağa borcluyam”.
Onun fikrincə, əhalinin böyük əksəriyyəti seçkiyə gəlməməklə indiki sistemdən öz razılığını ifadə edir.
İ.Məmmədov bildirib ki, 44 günlük müharibə öncəsi partiyalar arasında dialoq ortamı qurublar. “Təsir edə bildiyim yerli və beynəlxalq resursları ərazilərimizin işğaldan azad olunması uğrunda tarixi savaşımıza faydalı etməyə həmişəkindən daha da fəal çalışdım. Xarici siyasətdə əvvəlcə düzgün tutduğu xəttin sonra eyforiyanı aşa bilmədiyi üçün indi ölkəmizə ancaq gərəksiz savaşlar və böyük məhrumiyyətlər vəd etdiyini bugün də anlayıram. Amma bütün bunlar artıq subyektiv, sınaqda seçicilərin ard-arda səkkiz dəfə rədd etdiyi şəxsi baxışlarımdır”.
İ.Məmmədov bildirib ki, qurultaya qədər Respublikaçı Alternativ partiyası Siyasi Komitəsinin üzvü qalacaq: “Publik siyasi, iqtisadi, beynəlxalq və sairə müzakirələrə verdiyim töhfəyə tələbatın yoxluğu seçkilərin geniş siyasi nəticəsində öz təsdiqini tapdı deyə, belə müzakirələrdə daha yoxam”.
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov