Ermənistan TŞ-nin katibi və ABŞ dövlət katibinin köməkçisinin müavini Bakı ilə İrəvan arasında sülh danışıqlarını müzakirə ediblər

img

20-09-2024 [20:37]


Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar prosesini müzakirə edib.

Bu barədə A.Qriqoryan sosial şəbəkə hesabında məlumat verib.

Danışıqlar zamanı tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunublar.

Bundan başqa, görüşdə Ermənistan-ABŞ ikitərəfli münasibətləri müzakirə olunub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:09 03.12.2024

Sabah yağış yağacaq