Avropa ölkələrində daşqın: ölənlərin sayı artır

img

16-09-2024 [15:39]


Avropa ölkələri Rumıniya, Avstriya, Polşa, Çexiya, Macarıstan və Slovakiyada leysan yağış güclü daşqınlara səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rumıniyada daşqınlar 6 nəfərin həyatını itirməsinə səbəb olub.

Məlumata görə, Polşada 5, Avstriyada 3 nəfər, Çexiyada isə 1 nəfər daşqınlarda ölüb.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasından verilən məlumata görə, bu, Mərkəzi Avropanın onilliklər ərzində gördüyü ən böyük daşqındır: "Hazırda Avstriya, Çexiya, Moldova, Polşa və Rumıniyada minlərlə Qırmızı Xaç könüllülərinin daşqınlardan zərər çəkmiş insanların ehtiyaclarını ödəmək üçün çalışırlar".

Açıqlamaya əsasən, böyük daşqınlarda evlərin su altında qalıb, elektrik enerjisi kəsilib, nəqliyyat iflic olub: "Təkcə Avstriyada 1750 ev boşaldılıb. Yeni müvəqqəti sığınacaqlar salınır".

Rəsmi məlumata gərə, bu həftə Almaniya, Macarıstan və Slovakiyanı da əhatə edəcək güclü yaışlar yağacaq: "Bu, böyük sel və daşqınlara çevriləcək. Ona görə tədbirlər alınmalıdır...".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq