Nəcməddin Sadıkovun adının hallandığı məhkəmə davam edir - General və sabiq rəislər yenidənhakim qarşısına çıxarılıb
16-09-2024 [14:40]
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Mia.az-ın məlumatına görə, general-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillərin Müdafiə Nazirliyinə sorğu göndərilməsi ilə bağlı vəsatətləri müzakirə olunub.
Hakim Fikrət Əliyev bildirib ki, Müdafiə Nazirliyinin hüquq idarəsi ilə əlaqə saxlayıblar və bu məlumatların verilmə qaydası ilə maraqlanıblar:
"İdarədən bu məlumatların nə dərəcədə mövcudluğu, verilmə qaydası barədə məhkəməyə məlumat vermələri xahiş olunub. Bundan sonra bu məsələ müzakirə olunacaq. Buna görə də hazırkı mərhələdə bu vəsatət baxılmamış saxlanılır. Məsələyə vəziyyətə uyğun qiymət veriləcək”.
Daha sonra hakimlər Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsi barədə vəsatətini müzakirəyə çıxarıblar. Hakim qeyd edib ki, vəkil bu vəsatəti ötən iclasda qaldırıb, amma vəsatətin müzakirəsini bugünkü iclasa saxlanılmışdı.
Hakim deyib ki, vəkil vəsatətində iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlərin olmasını göstərib, bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməsi istənilib. Vəsatəti müzakirə edən hakimlər heyəti qərar elan ediblər. Həmin qərara görə, vəsatət təmin edilməyib. Bundan sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun əlavə şahid qismində adına kart açılan "ölü canlar" adı altında olan şəxslərin dindirilməsi, maliyyə vəsaitlərinin kənarlaşdırılması ilə bağlı mütəxəssislərin dindirilməsi barədə vəsatətləri müzakirə olunub. Məhkəmə hər iki vəsatəti təmin etməyib.
Daha sonra məhkəmədə məlum olub ki, Cəlal Kazımovun həyat yoldaşının adına olan daşınmaz əmlak 110 min manata satılıb və həmin məbləğ ziyanın ödənilməsinə yönləndirilməsi üçün dövlət hesabına köçürülüb. Bundan başqa, Vüsal Əlizadənin də həyat yoldaşının adına olan daşınmaz əmlak 101 min 532 manata satılıb və həmin məbləğ də iş üzrə ziyanın ödənilməsi üçün dövlət hesabına köçürülüb. Vəkillər tərəfindən hər iki işlə bağlı sənədlər məhkəməyə təqdim olunub. Hakimlər hər iki sənədin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər. Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə iş üzrə nə qədər məbləğdə ziyanın ödənilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini istəyib. Məhkəmə bu vəsatəti təmin edib.
Bundan sonra Rəşad Mirmehdizadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfovun əlavə şahid qismində dindirilməsini istəyib:
"Rafail Xələfov bu işlərin mərkəzində olan şəxsdir. Rafail Xələfov hələ məhkəmənin əvvəlində ifadə verib. Amma biz müdafiə tərəfi olaraq onun bütün iclaslarda iştirak etməsini, ona çarpaz sualların verilməsinin təmin olunmasını istəmişdik. Amma məhkəmə bu məsələyə müsbət cavab vermədi. Bizim işdə isə ortada olan iki əsas şahid var. Onlardan biri Rövşən Əliyevdir. O da vəfat edib. Digəri isə Rafail Xələfovdur. Şahidlərin dindirilməsindən sonra bizim Rafail Xələfova veriləsi suallarımız yaranıb. Buna görə də onun məhkəməyə dəvət olunmasını təmin etməyinizi xahiş edirəm”.
Dövlət ittihamçısı Rafail Xələfovun məhkəməyə dəvət olunmasına etiraz etməyib. Vəsatəti müzakirə edən hakimlər sonda qərar veriblər. Qərara görə vəsatət təmin olunub. Növbəti iclasda Rafail Xələfovun sorğu-sual ediləcəyi gözlənilir. Daha sonra Nizami Məmmədovun digər vəkili Cahangir Cavadov bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov məhkəmədə verdiyi ifadəsində 2015-2020-ci illərdə 20 milyon manat qazanc əldə etdiklərini, həmin məbləğin 19 milyon 600 min manatını sabiq baş qərargah rəisi Nəcməddin Sadıkova verdiyini, 400 min manatın özünə qaldığını, Nəcməddin Sadıkovun ona verdiyi 800 min manatın isə Nizami Məmmədova çatdırdığını göstərib:
“Amma Nizami Məmmədovun özü bu faktın düzgün olmadığını dedi. Bunu da Məlikməmməd Qurbanovdan başqa təsdiq edəcək şahid yoxdur. Çünki bu həqiqət ola bilməz. Bunu təsdiq edəcək Nəcməddin Sadıkov da ortalıqda yoxdur. Bu məsələnin də müşavirə otağında nəzərə alınmasını xahiş edirəm”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Növbəti proses sentyabrın 20-də keçiriləcək.
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)