MSK sədri: "Başınızı boşuna ağrıtmayın"

img

16-09-2024 [12:17]


"Sosial şəbəkələrdə müəyyən informasiyalar başqa formada çatdırılır".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bəzən ayrı-ayrı kadrlar kəsilərək bir-birinə qoşulub təqdim edilir: "Həmin kadrlara baxanda pozuntu olduğu görünür. Amma realda araşdırıb baxanda görürsən ki, məsələ başqadır. Burdan həmin şəxslərə bildirirəm ki, başlarını boşuna ağrıtmasınlar. Çünki hər şey ciddi araşdırılır və nəticə ortaya çıxır".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq