Daha bir məntəqədə seçkinin nəticələri ləğv edilidi

img

14-09-2024 [16:55]


Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb.

Mia.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bununla bağlı qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızı quruma müraciət edib:

"Namizəd seçki dairəsi üzrə nəticələrin etibarsız hesab olunmasını xahiş edib. O, bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edib, müraciətinə aktlar və foto-video görüntülər əlavə edilib.

Araşdırma zamanı Yasəmən Mahmudovanın nəticələrini mübahisələndirdiyi seçki məntəqələri üzrə iddialar 27 saylı seçki məntəqəsi istisna olmaqla iddialar əsasını tapmayıb. Dairə üzrə yalnız həmin məntəqədə nəticələr ləğv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR