İLQAR MƏMMƏDOV PARTİYA SƏDRLİYİNDƏN İSTEFA VERDİ - Seçkiyə görə

img

11-09-2024 [18:54]


"MSK bu gün təqdim elədiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim".

Mia.az xəbər verir ki, bu sözləri Real Partiyasının sədri İlqar Məmmədov sosial media hesabında yazıb.

O bildirib ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək: "Həmin ərəfədə yekun video müraciətim də olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR