Ağ Evə gedən yolda tarixi debat: iqtisadiyyat, Putin, İsrail və... - Tramp və Harris bir-birlərini nədə ittiham elədi? (FOTOLAR)
11-09-2024 [09:43]
Bu gün ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris ilk televiziya debatlarına çıxıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, debat sürpriz əl sıxma ilə başlayıb.
ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı keçirilən debat təxminən 1,5 saat davam edib və "ABC News" kanalında canlı yayımlanıb.
Proqramın əvvəlində Harris Trampın əlini sıxıb və özünü "Kamala Harris" kimi təqdim edib. Bu, 2016-cı ildən bəri prezidentlik debatında ilk əl sıxma idi.
Canlı yayımda hər iki namizəd gərgin debat boyu fərqli siyasət təkliflərini sadalayıblar
Harris iqtisadi proqramını açıqlayıb, yeni vədlər verib. O, yeni qurulan şirkətlər üçün vergi endirimini 5 min dollardan 50 min dollara, uşaqlı ailələr üçün isə 6 min dollara çatdırmağı planlaşdırdığını deyib. Əlavə edib ki, onlar kiçik biznes üçün stimullaşdırma və vergi endirimləri üzərində işləyirlər və aşağı faizli kreditlər verəcəklər.
Tramp isə öz dövründə ABŞ tarixində ən yaxşı iqtisadiyyat formaladırdığını deyib: "Lakin Bayden-Harris birliyi bu formatı məhv edib. Təkcə Çinə tətbiq etdiyim gömrük rüsumları ilə milyardlarla dollar qazandıq. Ancaq Bayden yanlış vergi siyasəti ilə ölkə iqtisadiyyatını bərbad vəziyyətə gətirdi..."
Harris isə bu iradla razılaşmayıb: "Əksinə, Tramp Çin ordusuna hərbi təyinatlı elektronik məhsullarının satışına şərait yaratmaqla, onu gücləndirdi, dünyanı təhlükəyə atdı..".
O, Trampın "Böyük Böhran"dan bu yana Amerikaya ən böyük işsizlik ordusu qoyduğunu da bəyan edib: "Çox uğursuz illər oldu. Tramp ölkəni və iqtisadiyyatı uçuruma gətirmişdi..."
Müzakirələr daha sonra İsrailin Qəzzadakı savaşına keçib.
Harris müharibənin artıq başa çatmalı olduğunu yenə təkrarlayb: "Bu savaş dərhal başa çatmalıdır. Bunun üçün atəşkəs razılaşmasına ehtiyacımız var. Sonra bütün girovlar salamat azad edilməlidir".
Tramp isə Harrisə üzünü çevirərək onu İsrailin düşməni adlandırıb: "Bu, İsrailə nifrət edir. Əgər o, prezident olarsa, iki il ərzində İsrailin mövcud olmayacağına inanıram”.
Kamala Harris isə bu ittihamı qətiyyətlə rədd edib: "Bu, qətiyyən doğru deyil. Mən karyeram və həyatım boyu İsraili və İsrail xalqını dəstəkləmişəm".
Daha sonra rusiya-Ukrayna savaşından söz açııb.
Tramp müharibədə Bayden administrasiyasını günahlandırıb: "Dediyim kimi, prezident seçiləcəyim təqdirdə, 24 saat ərzində müharibəni bitirəcəyəm. Ancaq bunlar onu edə bilməz. Harris hətta Putinlə danışıqlar aparsa da, uğursuzluğa düçar olub..."
Harris isə Trampın bu iddiasını təkzib edib: "Putinlə əsla görüşmədim, əksinə, Zelenski ilə dəfələrlə görüşdüm, Ukraynaya və onun xalqına daim dəsətk verdik..."
Tramp daha sonra Ukraynadakı vəziyyətdən Avropa ölkələrinin narahat olmalı olduğunu deyib: "Onlar NATO-ya töhfələrini artırmalıdır, büdcə ayırmalarını çoxaltmalııdfr. ABŞ-ın onları pulsuz qorumaq öhdəliyi yoxdur. Bayden administrasiyası bu öhdəliyi onlaırn üzərinə qoya bilmədi. Bacarmadı".
Harris bu məsələdə də rəqibi ilə razılaşmayıb: "ABŞ demokratiyanı və Ukraynanı daim müdafiə edəcək"
Yeri gəlmişkən, iki rəqibin üz-üzə gəldiyi ilk debatda Trampi 42 dəqiqə 52 saniyə, Harris isə 37 dəqiqə 36 saniyə danışıb.
Ekspertlər hesab edir ki, debat bıəzi ştatlarda seçkiyə ciddi təsir edəcək: "Halbuki, debatda başa-baş müzakirə gedib..."
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub