Deputatlardan partiya sədrinin sözlərinə sərt reaksiya: "Qərbi Azərbaycanlılar və naxçıvanlılar..." - "Hamımız qarabağlıyıq, Qərbi azərbaycanlıyıq, naxçıvanlıyıq..."
09-09-2024 [16:45]
"Növbədənkənar parlament seçkilərindən sonra Qərbi Azərbaycanlılar və naxçıvanlıların yeni formalaşacaq parlamentdə üstünlük təşkil etməsi ilə bağlı səslənən fikirlər demoqogiyanın yeni növüdür. Bu, məntiqə sığmayan məsələdir. Seçkinin taleyini seçici həll edir. Seçici səs verdikdə namizədin haralı olması deyil, kimin yanında olmasını, nəyə xidmət göstərdiyini əsas götürür".
Mia.az xəbər verir ki, bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev deyib.
“Namizədin nüfuzu, çəkisi, bölgəyə, seçildiyi dairəyə, ölkə qanunvericiliyinin zənginləşməsi üçün potensialı nəzərə alınır. YAP-ın apardığı təbliğat-təşviqat kampaniyası ilə digər namizədlərin ortaya qoyduğu mövqe də önəmlidir. Ona görə də, Qərbi Qzərbaycanlılar və naxçıvanlılar mövzusu ətrafında ortaya atılan cəfəng fikirlər həmrəyliyi, etimadı pozmağa, qarşıdurma yaratmağa hesablanmış çirkin iftiradır”, - deyə bildirib.
Onun sözlərinə görə, seçkilərdə uduzan tərəf həmişə narazı qalır: “Amma uduzmağı da gərək etiraf edib, mərdcəsinə qəbullanasan. Azərbaycan cəmiyyətində ən radikal müxalifət belə üzdə deməsə də dəqiq bilir ki, Yeni Azərbaycan Partiyasına güc nisbətində bərabər olan siyasi partiya yoxdur. Hətta müxalifət kluarlarında partiya təmsilçiləri və liderləri bildirir ki, YAP istəsəydi, 125 dairənin hamısından qələbə ilə çıxardı”.
Musa Quliyev qeyd edib ki, YAP-ın gücü, resursları mövcuddur: “Partiyanın sədri Prezident İlham Əliyevin 2020-ci il 44 günlük Vətən Müharibəsindəki tarixi qələbədən sonra yüksək reytinqi xalqın inamını daha artırıb. Azərbaycan xalqı da bu yolun davamını istəyir. Reallıq məhz budur. Təəssüf ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində vicdanla mübarizə aparıb qələbə əldə edə bilməyənlərlə yanaşı, təxribatla məşğul olanlar da vardı. Bəziləri hətta bu seçkilərə xarici təşkilatlara hesabat təqdim etmək üçün qatılıb”.
Yeni Azərbaycan Partiyasının təmsilçisi, VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzov da Qərbi azərbaycanlılar və naxçıvanlıların parlamentdə daha çox yer qazanması ilə bağlı səslənən fikirlərin əsassız olduğunu bildirib: “Qəti şəkildə belə bir şey yoxdur. Bu seçkidir. Deputatlığa iddialı olanların sayı kifayət qədər idi. 25 siyasi partiya seçki prosesində iştirak edib. Mindən artıq deputatlığa namizəd bu yarışa qoşulub. Seçici kimə səs verdisə, onlar da qalib oldu”.
Siyavuş Novruzova görə, təxribat xarakterli fikirləri yayanların məqsədi prosesə kölgə salmaqdır: “Dünyada başqa adlar altında ölkələrin daxilində konfliktləri qızışdırırlar. Dağıstanda din adı altında belə hadisələr oldu. Bəzi yerlərdə etnik və regional təfriqələr yaradırlar. Bu, böyük dövlətlərin qurduğu oyundur. Həmin oyunun yerlərdəki icraçıları isə bunu “canla-başla” icra edir. Azərbaycanda belə hal yoxdur. Hamımız qarabağlıyıq, Qərbi azərbaycanlıyıq, naxçıvanlıyıq, lənkəranlıyıq, şəkiliyik, zaqatalalıyıq, bakılıyıq və s. Seçkilərin nəticəsi rəsmi şəkildə elan edilmədiyi vaxtda prosesə kölgə salmaq məntiqsizdir”.
Xatırladaq ki, Azad Vətən Partiyasının sədri Akif Nağı Globalinfo.az-a açıqlamasında iddia edib ki, yeni parlamentdə əsasən Qərbi Azərbaycan və Naxçıvandan olan şəxslər çoxluq təşkil edir: “Bizə yaraşmasa da, açıq deyəcəm, deyilənləri söyləyirəm, “yerazlardan” naxçıvanlılardan ibarət parlament formalaşdırırlar. Hətta belə fikir gəzir, hansısa bir rayondan, tutaq ki, Ağdam rayonundan kimisə seçirlərsə, onun kökü-köməci yeravanlıdırsa (Qərbi azərbaycanlı-red.), o adama üstünlük verirlər. Belə bir təhlükə var”.
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...