İmamoğlu "Prezidentliyə namizəd olacaqsan?" sualına belə cavab verdi: "Millət harada istəsə..."

img

04-09-2024 [09:02]


İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu prezidentlik iddiasının olduğunu gizlətməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, "Sözcü TV"yə müsahibəsində danışıb.

O, aparıcının "Prezidentliyə namizəd olacaqsız?' sualına belə cavab verib: “Çox açıq deyirəm: Əkrəm İmamoğlu millətin istədiyi yerdə olacaq. Millət harada istəsə, orada olacağam".

İmamoğlu deyib ki, iqtidar şanslı anmizədləri üz-üzə qoymağa çalışır: "Bizi bir-birimizə qarşı qoymağa çalışanlardan qorunmalıyıq. Ya da bizi bir-birimizə qarşı qoymağa çalışan insanların qurduğu sistemlərdən qorunmalıyıq. Əminəm ki, dostlarımızdan heç biri belə bir tələyə düşməz. Təkrar və çox açıq söyləyirəm: millət harada görmək istəsə, orada olacam".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR