Rəsmi Ankara Azərbaycandakı seçkilərlə bağlı bəyanat yayıb: "Ümid edirik ki..."

img

02-09-2024 [09:45]


"Ümid edirik ki, Milli Məclisə seçkilər qardaş Azərbaycan üçün faydalı olacaq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu, 1 sentyabrda Azərbaycanda keçirilən parlament seçikiləri ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir.

Bəyanatda daha sonra bildirilib ki, parlament seçkilərinin Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir: "İnanırıq ki, Azərbaycan xalqının öz iradəsini nümayiş etdirdiyi seçkilər dövlət quruculuğuna, həmçinin, bu, Cənubi Qafqazda daimi sülh və sabitliyə töhfə verəcək"

Xatırladaq ki, ilkin nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə ən çox mandata sahiblənib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR