"Biz bu barədə MSK-ya şikayət edəcəyik” - İlqar Məmmədov

img

02-09-2024 [09:17]


Parlament seçkilərində DİP sədri Asim Mollazadəyə məğlub olan 23 saylı Məsimi seçki dairəsindən namizəd, REAL Partiyasının lideri İlqar Məmmədov seçkilərdən narazı qalıb.

Mia.az
-ın məlumatına görə, bu barədə Gununsesi.info-ya açıqlamasında İlqar Məmmədov deyib ki, səsvermə prosesində bütün respublika əhalisi nəyə şahid oldusa, onlar da bunun şahidi olub: “Kampaniya dövrü gördüyümüz açılım bizi sevindirmişdi. Müşahidəçilərimiz pozuntuları qeydə alıblar. Biz bu barədə MSK-ya şikayət edəcəyik”.

İlqar Məmmədov deyib ki, seçki kampaniyaslı şəffaf gedib: “Xüsusi əngəllər yox idi. Bu şəffaflıq seçki günü də olmalı idi. Gözəl fürsət yaranmışdı ki, bu irəlləyişi biz seçki günü də görər”.

Partiya sədri deyib ki, özünün və digər namizədlərin dairəsində baş verənlərlə bağlı hüquqi formada addım atacaqlar.

Xatırladaq ki, MSK-nın llkin nəticələriə əsasən, bu dairədən Asim Mollzadə liderdir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR