Zahid Oruc: “Seçici fəallığının azlığını heç kim antidövlət arqumenti kimi istifadə etməsin”

img

01-09-2024 [18:03]


“Xüsusilə vurğulamaq istəyirəm ki, bəlli bir sayda insanlarımızın seçki məntəqələrinə gəlişini gözləyirik. Beynəlxalq təcrübədən misallar göstərə bilərəm. Məsələn, ABŞ-da vaxtilə yalnız 25 faiz seçici iştirak edib və onun nəticələri prezidentin seçilməsinə və ali icra hakimiyyətinin formalaşmasına imkan verib”.

MİA.AZ-ın məlumatına görə, bu sözləri Bizim.Media-ya açıqlamasında 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olan Zahid Oruc deyib.

“Yəni bu anlamda bizdə seçici fəallığının 50, 60, 70 yaxud 80 faiz olmayacağı bir şəraiti qətiyyən kimsə antidövlət, antihakimiyyət, antiseçki arqumenti kimi istifadə etməsin”, - deyə Z.Oruc əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR