Partiya sədri: "Onu həbs etmək üçün əvvəlcə mənim cəsədimi çeynəmək lazmdır"

img

29-08-2024 [17:19]


"Cənab Kamal Kılıçdaroğlunu həbs etmək üçün əvvəlcə mənim cəsədimi çeynəmək lazmdır".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri İzmirdə CHP-nin hazırkı sədri Özgür Özəl deyib.

O, MHP-li millət vəkillərinin şikayəti nəticəsində Kamal Kılıçdaroğlu haqqında açılan cinayət işi barədə suala cavabda bildirib ki, Kılıçdaroğlunu gözləyən 3,5 ilə qədər həbs və siyasi fəaliyyətinə qadağa əsla qəbul edilməyəcək: "Hörmətli Kılıçdaroğlu üçün bütün gəldi-gedər hallardır. Onu həbs edəcəksənmi? Bunun üçün əvvəlcə hazırkı sədrin cəsədini çeynəmək lazımdır. Hodri meydan!".

K.Kılıçdaroğluna qarşı açılan cinayət işi ilə bağlı xəbəri buradan ətraflı oxuya bilərsiniz:

https://www.mia.az/w1070810/mhp-ciler-kilicdaroglunu-tutdurmaq-isteyir-chp-nin-sabiq-lideri-mehkemeye-verildi-2024-08-29-135319

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR