Hakan Fidan Brüsseldə görüşlərə başlayıb

img

29-08-2024 [15:02]


Türkiyənin Xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısına qatılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Belçikanın paytaxtı Brüsseldə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis və İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ilə görüşüb.

Görüşlərdə onun Aİ-Türkiyə əlaqələrini gücləndirmək istiqamətində müzakirələr apardığı bildirilib.

Xəbərdə o da deyilir ki, Hakan Fidan toplantıda Türkiyənin Aİ-yə üzvlük prosesini, həmçinin, Gömrük İttifaqının yenilənməsi və viza məsələsini də qabardacaq.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR