Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə - FOTOLAR
26-08-2024 [22:46]
Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər.
Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla söhbət edib, onların təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, şəkillər çəkdiriblər. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyib, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar.
Xəzərin sahilində yerləşən “Dalğa Beach” istirahət məkanında təşkil olunan tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olub, onlarla birgə rəsm çəkiblər. Uşaqlar çəkdikləri rəsm nümunələrini Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Tədbir zamanı Mehriban xanım Əliyeva bu gün doğum günlərini qeyd edən şəhid övladları və uşaq evinin sakinləri ilə də görüşüb, onları təbrik edib.
İnteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyiblər.
2 saylı uşaq evinin 9 yaşlı sakini Rəvanə Cümşüdova şənliyin çox maraqlı keçdiyini bildirərək deyib: “Bura çox maraqlıdır, çoxlu yeni dost qazandım. Hər kəsə təşəkkür edirəm”.
1 saylı uşaq evinin sakini, 8 yaşlı Dinara İsgəndərova Lənkərandan Bakıya gəldiyini vurğulayaraq bildirib: “Şənliyə bacımla birlikdə qatılmışıq. Əziz və dəyərli Mehriban xanım, dəstəyiniz üçün təşəkkür edirik”.
2 saylı uşaq evi sosial xidmət müəssisəsinin sakini Ayxan İbrahimov da təəssüratlarını bölüşərək qeyd edib: “Bu gün mənim üçün çox xoş oldu, uşaqlarla çox əyləndik. Təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm. Mən 6-cı sinifdə oxuyuram. Böyüyəndə karate üzrə çempion, həmçinin idman müəllimi olmaq istəyirəm”.
Əkiz qardaşlar - 8 yaşlı Behbud və Davud İsmayılzadələr yaxşı əyləndiklərini vurğulayıblar. Riyaziyyat və təsviri incəsənəti sevərək öyrəndiklərini deyən əkizlər burada maraqlı rəsmlər çəkdiklərini bildiriblər.
İsti yay günündə uşaqlar hovuzda doyunca əylənib, animatorların iştirakı ilə rəqs edib, rəsm, oyun, “Face Art” və səmərəli istirahətləri üçün ayrılmış digər zonalarda müxtəlif əyləncələrə qoşulub, bacarıqlarını nümayiş etdiriblər.
Uşaqlar birgə nahar süfrəsi arxasında növbəti sevincli anlar yaşayıblar.
Birinci xanım Mehriban Əliyeva bu gün doğum günü olan uşaqlar üçün tort kəsərək onlara təqdim edib.
Balacaların sevimli qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında unudulmaz həyəcan hissləri doğurub. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.
Tədbirlərin yekununda unudulmaz istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib