İsraillə Hizbullah arasına savaş başladı: Livandan eyni anda 320 raket atıldı, Tel-Əvivdə fövqəladə vəziyyət elan olundu - İsrail 100 təyyarə ilə əks zərbələr endirir

img

25-08-2024 [10:39]


İsraillə Livanda yerləşən "Hizbullah" qruplaşması arasında şiddətli savaş başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbəır verir ki, qruplaşma iyulda Beyrutda Hərəkatın ikinci şəxsi sayılan Fuad Şükrü öldürülməsinə cavab olaraq İsrailə eyni anda 320-dən çox raket fırladıb: "İlkin məlumata görə qruplaşa İsrailin 11 hərbi bazasını hədəf alıb, onlardan bəziləri hədəfi vurub. Bir çoxları isə havada zərərsizləşdirilib. İsrail dərhal səfərbər olunub, ölkədə 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edilib. Buna paralel olaraq İsrail qırııcları havalandırılıb və 100-dən çox qırıcı Livanda "Hizbullah"ın hədəflərini bombalamağa başlayıb".

Məlumata görə, İsrail qüvvələri 40 hədəfi məhv edib.

Baş nazir Netanyahu qisas vədi verərık, bildirib ki, "Hizbullah"a çox ağır cavab veriləcək: "Bizə zərər verən hər kəsə zərər verərik!".

"Hizbulah" isə artıq qisas əməliyyatının ilkin mərhələsinin başa çatdığını elan edib.

Hazırda hər iki tərəf bir-birlərinə ara-sıra zərbələr endirir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq