Türkiyədə yenə zəlzələ olub

img

18-08-2024 [23:39]


Türkiyədə bu gün daha bir zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, Bingöl şəhərinin Karlıova rayonunda Bakı vaxtilə saat 22.15-də 4,1 bal gücündə zəlzələ baş verib. 

Zəlzələ yerin 7,1 kilometr dərinliyində olub.

Bununla yanaşı, eyni vaxtda Muş şəhərinin Varto mahalında da 4,2 bal gücündə zəzlələ olub.

Zəlzələdə ölən və yaralananlar olmayıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR