"Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil" - MEDİA-dan bəyanat
12-08-2024 [12:37]
"İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə yayılan məlumatlar dezinformasiyadır".
Mia.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanat yayıb.
Bildirilib ki, son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar:
"Dezinformasiyanın təsiri altında “İran İnternational” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar.
Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınanılır. Eyni zamanda bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik".
Bəyanatda cəmiyyətə yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırış edilib.
Sabah hava necə olacaq? - Proqnoz
Smart saat, modem aparatı, bahalı viski... - Nazir rəisi niyə vəzifədən azad etdi? (FOTO)
İcra başçısının atasından sensasiyalı özbaşınalıq - Qonşunun blokdan mənzilinə giriş qapısını hördürüb (FOTO)
Hakan Fidan Rubio ilə görüşüb - Nələr müzakirə olunub?
Prezident İlham Əliyev Məhəmməd Şahabuddinə məktub göndərib - MƏTN
Azərbaycan neftinin son qiyməti açıqlandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisi Belarusa məğlub olub
Mətbuat katibi Mirzoyanın İran XN başçısı ilə görüşdəki iddiasını yalanladı: "Yeni şərtlər irəli sürülməyib"
Müğənni: “İndiki pulla mən ev ala bilərdim?" - "İndikilər toylarda biabırçılıq edirlər"
Nazirlikdə yeni təyinatlar olub
Bakıda növbəti əməliyyat: 48 yaşlı Ceyhun Kuhi saxlanılıb
Partiya sədri tərəfdarlarından bu şirkətlərin boykotun istədi - Aralarında "Azərlotereya"nın tabe olduğu şirkət də var
"Azərişıq" elektrikli avtomobilləri "yarıyol"da qoyub - Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Şəkidə quraşdırılmış onlarla stansiya söndürülüb
"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir
İmamoğlu həyat yoldaşı və prezidentin anası haqqında təhqiramiz paylaşımlara qəzəbləndi - Açıqlama
İstanbulda daha bir bələdiyyə sədri istintaqa çağırıldı
Bakıda qadın tiktoker həbs edilib
Sabah hava necə olacaq? - Proqnoz
Bakıda məzarlıqda şok hadisə - VİDEO
Lukaşenko Azərbaycan prezidentinə məktub ünvanlayıb - MƏTN
Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü - 34 yaşlı Orxan Hacıyev Şamaxıda güllələndi
XİN: "Milli bayramınız mübarək, Yunanıstan"
Seyran Məmmədov vəzifədən çıxarılıb
Azərbaycan neftinin qiyməti 75 dolları keçdi
Milli Məclisdə dəyşiklik - Cahid Mehmanlı vəzifədən azad edilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda şok olay: həyat yoldaşını tavandan asan şəxs saxlanılıb
Eritreyada saxlanılan 18 Azərbaycan vətəndaşı azadlığa buraxıldı - XİN bəyanat yaydı
Natiq Cəfərli: "Dolların hegemonluğu üçün təhlükə yoxdur"
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri həbsxanada İmamoğlu ilə görüşdü: "Keyfi əla idi"
Rövşən Rüstəmovdan daha bir dəyişiklik - Təyinat
İrandan Azərbaycana PUA ilə narkotiki keçirmək istəyənlər saxlanılıb
Millətlər Liqası: Türkiyə səfərdə Macarıstana şans vermədi
Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı
Sabahın hava proqnozu açıqlanıb
ƏKRƏM İMAMOĞLU HAQDA HƏBS QƏRARI VERİLDİ - Terror ittihamından isə "yaxasını qurtardı"
İlham Əliyev Pakistan Baş nazirinə məktub göndərdi - MƏTN
"Mirzoyanın iddiaları tamamilə əsassızdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisi Haitiyə uduzub - VİDEO (Yenilənib)
Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Bıçaqlanma ittihamı