İsrail Livan ərazisinə hücum edib - Bəzi evlər yandırılıb, şəhərlər atəşə tutulub

img

29-12-2024 [23:57]


İsrail ordusu bu gün - anlaşmanın 32-ci günündə Livanla atəşkəs rejimini dəfələrlə pozub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Livanla atəşkəs elan edildiyi 27 noyabrdan bəri İsrail ordusu 325 dəfə atəşkəsi pozub: "Nəticədə 33 nəfər ölüb, 37 nəfər yaralanıb. Bu gün isə İsrail ordusu Livanın cənubundakı Tire və Nəbatiyə şəhərlərini bombardman edib, bir çox evləri evləri yandırıb. Bundan başqa, İsrail əsgərləri Nəbatiyyənin Kefr Kila və Yarun qəsəbələrində bir çox evi partladıb. Kantara və Tayne şəhərləri isə pulemyotlarla atəşə tutub. ".

Məlumatda bugünki hücumda yaralaı və ölənlər haqda informasiya verilməyib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR