Ukraynanın qəfil həmləsi Putini çətin vəziyyətə qoyub - Ordu Rusiyanın daxilində irəliləyir, Qara dənizdə isə...

img

12-08-2024 [10:29]


Ukraynanın Kursk və digər rus kəndlərinə hücumları Rusiya və onun lideri Putini çətin vəziyyətə salıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən isə Ukraynanın Qara dənizdə Rusiyanın qaz platformasını vurması nəticəsində 40 əsgər həlak olub. 

Bildirilir ki, Ukraynanın Kursk və digər rus kəndlərinə hücumları və Qara dənizdəki son həmlələri Putinə meydan oxumaqla yanaşı, onu ağıır sınaqla üz-üzə qoyub: "Rusiya ərazisinə girən ukraynalı hərbçilərə qarşı 5 gündür əks əməliyyata başlayıb, lakin Ukrayna müqavimət göstərir. Son əks həmlə zamanı Ukrayna 400 nəfərlik rus bölməsi məhv edilib. Üstəlik, Ukrayna Kursk və ətrafına nəzarət etməyə çalışır. Bu isə Putini çox əsəbiləşdirib və o, Ukraynanın irəliləməsini Rusiyaya tərs sillə kimi qiymətləndirib".

İddia olunur ki, Vaqner qrupunun döyüşçüləri də ukrayna ordusuna qarşı Kursdə üstünlük əldə edə bilməyib: "Ukrayna ordusu Kursk və ətraf rayonlara nəzarəti saxlamağa çalışır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq