Bakı ilə İrəvanın son razılaşmasına sözardı: kim udur, kim uduzur? - Elbəyi Həsənli yazır
08-08-2024 [15:59]
Elbəyi HƏSƏNLİ
***
Bakı və İrəvan Naxçıvanı birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsindən çıxarılması barədə razılığa gəlib.
Bu, o deməkdir ki, Zəngəzur dəhlizi açılacaq, ancaq o dəhlizə Rusiya, Rusiya üzərindən isə İran nəzarət etməyəcək. Bəs bu dəhliz kimin nəzarətində olacaq? ABŞ-ın.
Bu, yaxşıdırmı, yoxsa pisdir? Yaxşı tərəfləri də var, pis tərəfləri də.
Yaxşı tərəfi odur ki, Rusiya və İran oyundan kənar vəziyyətdə qalır. Pis tərəfi isə odur ki, Zəngəzur dəhlizinə Azərbaycan və Türkiyə yox, Amerika başda olmaqla Qərb nəzarət edəcək. Qərbin Zəngəzur dəhlizinə nəzarət etməsi isə Ermənistanın suverenliyinə beynəlxalq qarantı kimi də dəyərləndirilə bilər...
Bir önəmli məqam: İranla Azərbaycan arasında razılaşma var ki, Zəngəzur dəhlizinə paralel kommunikasiya xətti (Azərbaycanı Naxçıvanla birləşdirmək üçün) İran ərazisindən keçəcək. Qərb bunun qəti əleyhinədir. ABŞ bu razılaşmanı sifırlamaq üçün Azərbaycana ciddi təzyiq göstərib. Yəni Qərb Zəngəzura paralel xəttin İrandan keçməsini qətiyyən istəmir. Çünki Qərb o xəttə nəzarət edə bilməyəcək. Qərb üçün önəmli olan Zəngəzur dəhlizinə nəzarət mexanizmi əldə etməkdir. Ona görə də Qərb Ermənistan variantına üstünlük verir...
Bu yaxınlarda bu məsələ ilə bağlı Qərb mediasına açıqlama verən analitik Sergey Melkonyan demişdi ki, əvvəlcə hansısa beynəlxalq özəl şirkət Zəngəzur dəhlizinə nəzarət edəcək. Ermənistanla Azərbaycan arasında bəzi ilkin razılaşmalar var. Sonra dəhlizə birgə (Ermənistan + Azərbaycan) nəzarət həyata keçiriləcək...
Qərb analitikləri deyir ki, Zəngəzur dəhlizi həm də Orta Asiyadakı türk dövlətlərinin Rusiya və Çindən kənar bir marşrutla dünya bazarına çıxışına təminat verə bilər. Yəni Zəngəzur məsələsi Türk Dünyasının Rusiya və Çindən asılılığını ciddi şəkildə zəiflədə bilər...
Mənim baxışıma görə, kommunikasiya xətlərinin açılması məsələsinin sülh müqaviləsindən çıxarılması o deməkdir ki, bu məsələ ilə bağlı tərəflər arasında ciddi anlaşma var. O da şübhəsizdir ki, Türkiyə də bu işin içindədir. Son günlərdə Türkiyə-Ermənistan münasibətlərində nəzərə çarpan istiləşmə məhz bu amildən qaynaqlanır. Yəni Zəngəzur dəhlizi ilə bağlı qeyri-rəsmi razılaşma var. Sadəcə Rusiya və İranın bu məsələyə görə tərəflərə təzyiqini azaltmaq üçün belə bir siyasi gedişə əl atıblar. O da aydındır ki, bu anlaşmanın qarantoru Qərbdir...
Ermənistan konstitusiyası isə dəyişdiriləcək. 2, uzağı 3 aya bu məsələ öz həllini tapmalıdır.
Bir məqamı da deyim. Vəziyyət belədir ki, Azərbaycan həm Nikol Paşinyanı qorumalıdır, həm də öz maraqlarını həyata keçirməlidir. Bu isə son dərəcə mürəkkəb məsələdir...
Allah xeyir versin. Yaxşı sövdələşmədir...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər