"Əl-Cəzirə" telekanalının müxbiri və operatoru öldürülüb - "Jurnalistlər maşının içində yanaraq ölüblər"

img

01-08-2024 [00:09]


Qətərin məşhur "Əl-Cəzirə" telekanalının müxbiri və operatoru həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzza zolağındakı Şati Qaçqınlar Düşərgəsində avtomobilə hərəkətdə olarkən telekanalın işçiləri hava zərbəsi ilə öldürülüblər.

Məlumata görə, jurnalistlər maşının içində yanaraq ölüblər. 

Bu barədə yayılan xəbəri Fələstin hökumətinin Qəzzadakı Media Ofisi təsdiqləyib: "Təəssüf ki, İsrailin hava hücumu nəticəsində "Əl-Cəzirə"nin müxbiri İsmail el-Gul və operatoru Rami er-Rifi faiciəli şəkildə həyatlarını itirblər. Allah rəhmət eləsin! Fələstin xalqı onları əsla unutmayacaq".

Xəbərdə deyilir ki, bununla da Qəzza zolağında həyatını itirən jurnalistlərin sayının 167-yə çatıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq