“Naxçıvan" TV-də yoxlama: cinayət tərkibli faktlar aşkarlanıb - Materiallar Prokururluğa göndərilib 

img

31-07-2024 [12:27]


Bu gün Hesablama Palatasının iclası keçirilib.

Mia.az Palataya istinadla xəbər verir ki, iclasda ilk öncə “Qida Təhlükəsizliyi Agentliyinin və onun tabeli qurumlarının fəaliyyətlərinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib. 

Müzakirədə Agentliyin sədr müavini Əziz Şərifov və aparat rəhbəri Elxan Mikayılov da iştirak ediblər. Onlar auditin nəticələrinin fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəyini, Palatanın tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər. Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına dair qərar qəbul olunub.

Daha sonra “Naxçıvan" TV tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq