07-07-2014 [17:51]
Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyev xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Bu barədə Mia.az-a verilən məlumata görə, sabiq rektoru məhkəməyə verən onun sabiq müşaviri, iqtisad elmləri doktoru, universitetdə kibernetika elminin yaradıcısı Bədirxan Musayevdir.
Mia.az-ın məlumatına görə, keçmiş müşavirin Şəmsəddin Hacıyevin barəsində xüsusi ittiham qaydasında - Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə müraciət edilməsinə səbəb deputatın «Mən, Bədirxan Musayevə vətən xaini damğası vuraraq universitetdən qovmuşam» sözləri olub: «Lakin Xətai rayon Məhkəməsi müxtəlif bəhanələrlə şikayəti qəbul etməkdən yayınıb. Məhkəmədən iqtisad elmləri doktoru, professor Bədirxan Musayevə qeyri-rəsmi bildirilib ki, deputata qarşı bu şikayəti qəbul edə bilməzlər. Ona görə də iş Bakı Apellyasiya Məhkəməsinə çıxarılıb».
Mia.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Şəmsəddin Hacıyevə qarşı şikayətə baxılmalıymış: «Lakin məhkəmənin tarixi və saatı haqda Bədirxan Musayev məlumatlandırılmadığından, qarşı tərəf isə prosesə gəlmədiyindən, məhkəmə təxirə salınıb. Proses ayın 9-da saat 10.00-da davam etdiriləcək».
Mia.az məsələ ilə bağlı Şəmsəddin Hacıyevin mövqeyini öyrənə bilməyib.
Professor Bədirxan Musayev isə Mia.az-a açıqlamasında xəbəri təsdiqləyib: «Bəli, Şəmsəddin Hacıyev mənə böhtan atdığından onu məhkəməyə vermişəm. O, prezidentin, məhkəmələrin, ümumiyyətlə, Azərbaycan dövlətinin səlahiyyət və hüquqlarını mənimsəyərək, mənə ləkə atıb. Mətbuata deyib ki, Bədirxan Musayevi vətən xaini damğası ilə işdən qovmuşam və s. Axı, o, kimdir ki, belə bir ağır damğa vura bilsin? O, bu sözü ilə nəinki mənim elmi fəaliyyətimi, şəxsiyyətimi, həm də Azərbaycanın hüquqi dövlət olması faktını təhqir edib.
Düşünürəm ki, məhkəmələr Azərbaycanın adına utanc gətirən Şəmsəddin Hacıyevin bu əməllərinin qarşısında artıq aciz qalmamalıdır və cəsarətli qərar verəcəklər. Ən azından Azərbaycan dövlətinin və bu dövlətin rəhbəri möhtərəm İlham Əliyevin səlahiyyətini mənimsəyərək «Vətən xaini damğası vuraraq işdən qovmuşam» deyən şəxs cəzasız qalmamalıdır.
Fürsətdən istifadə edib, ölkə rəhbərliyinə və Ədliyyə Nazirliyinin rəhbərliyinə üz tutub xahiş edirəm ki, bu məhkəmə iclasını xüsusi nəzarətə götürsünlər. Çünki Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev Şəmsəddinin deputat mandatı və pullunun qarşısında duruş gətirəcək adam deyil. Ona görə də jurnalistlərdən də xahiş edirəm ki, həmin iclasda iştirak edib, prosesi işıqlandırsınlar».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi