TRAMPA SUİ-QƏSD OLDU: sabiq prezident yaralandı, tətikçi və daha bir nəfər ölüb, ölkə ayağa qalxdı - Vurulma anının VİDEOsu
14-07-2024 [09:05]
ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniyada keçirilən mitinqində çıxış edərkən güllələnib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, çıxış edərkən təxminən 7 atəş səsi eşidilib.
İlk atəşdən sonra Tramp kürsüdə sağ qulağını tutaraq yerə əyilib. Daha sonra isə mühafizəçilər kürsüyə qalxaraq Trampı əhatəyə alıblar.
Mühafizəçilər onu hadisə yerindən uzaqlaşdırarkən Tramp yumruğunu havaya qaldırıb, qələbə mesajı verib. O, daha sonra üktləyə bağıraraq "Döyüşün!" çağırışı edib.
Bu zaman onun sağ yanağında qan izləri aydın görünüb.
Hadisədən az sonra Tramp açıqlama verib.
ABŞ Məxfi Xidməti və təhlükəsizlik rəsmilərinə sürətli müdaxiləyə görə təşəkkür edən Tramp hadisə yerində həyatını itirən şəxsin yaxınlarına başsağlığı verib. O, sui-qəsdçinin də öldüyünü deyib və onun haqda hələlik məlumatının olmadığını bildirib: "Güllə sağ qulağıma dəyib. Bizim ölkədə belə bir hadisənin baş verdiyinə inanmaq çətindir...".
Tramp çoxlu qan itkisi keçirdiyini də sözlərinə əlavə edib.
Trampın sözçüsü Steven Cheung isə bağlı deyib: “Onun vəziyyəti yaxşıdır və tibb müəssisəsində yoxlanılır”.
Batler rayon prokuroru Riçard Qoldinqer isə bildirib ki, Donald Trampın seçki kampaniyası zamanı baş verən hücumda sui-qəsdçi öldürülüb. Bundan başqa, tətikçinin açdığı atəşlərdən biri orda olan seçicini həyatına son verib.
Məsələ ilə bağlı Ağ Evdən yazılı açıqlama verilib: “ABŞ prezidenti Bayden ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniyada seçki kampaniyası zamanı yaşadığı hadisə” barədə məlumatlandırılıb".
ABŞ təhlükəsizlik rəsmiləri Trampa qarşı sui-qəsd faktının araşdırıldığını açıqlayıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Trampa sui-qəsd cəhdi edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu bəyan edib: "Hazırda istintaq davam edir...".
Samir MUSAYEV
MİA.AZ
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib