"Telegram"a 3 milyon cəza kəsilib

img

08-07-2024 [15:01]


Rusiyada sosial media platformalarından biri olan "Telegram" cəzalandırılıb.

Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyinin ("Roskomnadzor") "Telegram"a qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məlumata görə, məhkəmə iddiaya ümsbət qiymət verib: "Məhkəmə Rusiyada hökumət əleyhinə məzmunlara yer ayıran və qadağan olunmuş resurslardan platformaya girişi məhdudlaşdırmadığına görə "Telegram"ı qanunvericiliyi pozmaqda təqsirli bilib. Mahiyyət etibarı ilə platforma 3 milyon rubl cərimələnib".

Xatırladaq ki, X, Facebook və Instagram kimi platformalara çıxışın olmadığı Rusiyada "Telegram" ən populyar sosial media platforması sayılır.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR