İranda prezident seçkisi: səsvermə başlayıb
05-07-2024 [09:04]
Bu gün İranda 14-cü prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın daxili işlər naziri Əhməd Vahidi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında səsvermə prosesinin başladığını açıqlayıb.
Yerli vaxtla saat 08.00-da başlayan səsvermə prosesi saat 18.00-da başa çatacaq. Lakin zəruri hallarda Daxili İşlər Nazirliyinə tabe olan Seçki Mərkəzinin qərarı ilə bu müddət uzadıla bilər.
Seçkilərdə islahatçı namizəd, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ilə mühafizəkar namizəd, Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Səid Cəlili yarışır.
Məlumata görə, İran lideri Ayətullah Əli Xamenei Tehranda İmam Xomeyni Hüseyniyyədəki seçki məntəqəsində səs verib. O, səsvermədən sonra hər kəsi seçkiyə dəvət edib.
Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin məlumatına görə, 88 milyon əhalisi olan ölkədə 59 mindən çox seçki məntəqəsində təxminən 62 milyon seçici səs verəcək.
Seçkilərin nəticələri ilə bağlı ilk məlumatların gecə yarısı, yekun nəticələrin isə sabah səhər açıqlanması gözlənilir.
Qeyd edək ki, İran Tələbələri Araşdırma Agentliyinin iyulun 3-də ölkə üzrə 3660 nəfərlə üzbəüz keçirdiyi rəy sorğusuna əsasən, Pezeşkianı 49,5 faiz səslə qlaib gələcək. Rəqibi isə 43,9 faiz səs toplayacaq
Onu da qeyd edək ki, ilk turda ümumi seçicilərin 40 faizinin iştirak elədiyi səsvermədə Pezeşkiyan 42,5 faiz, Celilinin səsi isə 38,6 faiz səs toplayıb.
Samir Musayev
MİA.AZ
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL