İlham Əliyev Çin lideri ilə bir araya gəldi, Tayvanla bağlı mühüm mesaj verildi - Bəyannamə (FOTOLAR)
03-07-2024 [21:54]
Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.
Mia.az xəbər verir ki, görüşdə çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin dedi:
-İnanıram ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ölkə quruculuğunun müxtəlif istiqamətlərində yeni nailiyyətlər əldə edəcək. Çin-Azərbaycan əlaqələri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır.
Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək dedi:
-Hörmətli cənab Sədr.
Yenidən görüşməyimizə çox şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.
Şadam ki, Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır və ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafına mühüm impuls verir. Beynəlxalq strukturlarda qarşılıqlı dəstəyi, ikitərəfli səviyyədə qəbul edilən müxtəlif sənədlərdə ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinin ifadə olunmasını xüsusi vurğulamaq istərdim.
Eyni zamanda, ölkələrimizin nazirləri, idarələri, dövlət strukturları, ictimai təşkilatları səviyyəsində fəal diplomatiyanı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında məhsuldar əməkdaşlığı qeyd etmək istərdim. Bütün bunlar əlaqələrimizi möhkəmləndirir.
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir. Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq.
COVID-19 epidemiyası zamanı göstərilən köməyə görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim. Mənim Sizə yazılı müraciətimə dərhal müsbət reaksiya verildi və Azərbaycana minlərlə insanın həyatını xilas edən milyon dozadan çox vaksin çatdırıldı. Azərbaycan bu sınaqdan, ilk növbədə, Sizin dostluq münasibətiniz və çətin vaxtda bizə köməyiniz sayəsində ən az itkilərlə çıxan ölkələr sırasında oldu.
Qeyd etmək istərdim ki, investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür. Son hadisələr arasında elektromobillərin və elektrobusların tanınmış istehsalçısı – Çinin “BYD” şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsini qeyd etmək istərdim. Əməkdaşlığın, elektrobusların və digər elektromobillərin birgə istehsalının ilk addımı olaraq müvafiq sənədlər imzalanıb. Əlbəttə, ölkələrimiz arasında yükdaşımaların artmasını xüsusi məmnunluqla qeyd edirəm.
x x x
Si Cinpin İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini vurğuladı. Tayvanda keçirilmiş seçkilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyi, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyi qeyd olundu.
Si Cinpin Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. Ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü xüsusi qeyd olundu.
Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd etdi ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinin tərəfdarıdır. İkili standartlardan əziyyət çəkmiş ölkəmiz də daxili işlərimizə qarışmaq cəhdlərini qəbul etmir.
Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulandı, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirildi.
Si Cinpin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda, bu əsnada Çinə dövlət səfərinə dəvət etdi.
Prezident İlham Əliyev dəvəti məmnunluqla qəbul etdi.
Azərbaycan Prezidenti də Çin Xalq Respublikasının Sədrini uyğun vaxtda ölkəmizə rəsmi səfərə dəvət etdi.
Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biri olduğu vurğulandı, ölkəmizin nəqliyyat-logistika imkanları, bu sahəyə hazırda Azərbaycanın investisiyalar qoyduğu və daim onu təkmilləşdirməsi sayəsində qazandığı uğurları qeyd edildi. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması vurğulandı.
Orta Dəhliz çərçivəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığa toxunularaq, bu dəhlizin rəqəmsallaşdırılmasının onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda, Qərb istiqamətindən də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Söhbət zamanı İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çinin “BYD” şirkəti arasında imzalanan və ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsini nəzərdə tutan Çərçivə Sazişinin önəmi bildirildi.
Görüşdə ölkələrimizin şəhərləri arasında qardaşlıq əlaqələrinə toxunularaq, Azərbaycanın 6 şəhərinin Çinin müxtəlif şəhərləri və regionları ilə əlaqələrinin olduğu vurğulandı.
Azərbaycan ilə Çin arasında humanitar, mədəni əlaqələr qeyd edildi, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırıldı.
Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlar arasında təmasların artırılması məqsədilə Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizaların aradan qaldırılması qeyd edilərək, bunun da ölkələrimiz və insanlar arasında təmaslara ciddi təkan verəcəyinə ümidvarlıq ifadə olundu. Si Cinpin dedi ki, Çin tərəfi də Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəlişin tətbiq olunması məsələsini nəzərdən keçirəcək ki, ölkələrimiz və insanlar arasında təmaslar daha da çoxalsın.
Çin Xalq Respublikasının Sədri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını dedi. COP29 çərçivəsində nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olundu.
Si Cinpin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə toxunaraq, COP29-un sədri kimi Azərbaycanın və Çinin Qlobal Cənubun bir hissəsi olduqlarını dedi.
Prezident İlham Əliyev ölkəmizin ŞƏT ilə əməkdaşlığını dəstəklədiyi kimi, BRICS-lə də əməkdaşlığının inkişafına yaxından dəstək verdiyinə görə Çinə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammiti 2026-cı ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı Azərbaycan ilə Çin arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
x x x
Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olundu.
***
Azərbaycan Tayvanın Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır.
Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.
Bildirilib ki, tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.
COP29 prezidenti Baydenin baş müşaviri ilə görüşüb - FOTOLAR
İsrail Livanın daha iki şəhərinə zərbə endirib: 3 nəfər ölüb
Kansler: "Almaniya İsrailə silah tədarükünü dayandırmayacaq"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Türkiyə ilə Albaniya arasında yeni sənədlər imzalanıb
Bu rayonlarda güclü külək gözlənilir - SİYAHI
Vilayət Eyvazov Gəncədə 323 vətəndaşın müraciətini dinləyib, tapşırıqlar verib - VİDEO
SOCAR-da daha bir dəyişiklik - Rəis təyinatı oldu
Yaşar İsakov vəzifədə azad olunub
Aygün Mikayılova direktor təyin edilib
Nobel Ədəbiyyat Mükafatının sahibi bəlli oldu
Genk Tosun "Fənərbaxça"dan ayrılır
"Qalatasaray"ın qapıçısı klub alıb
Qəzzada can itkisi: ölənlərin sayı artıb
Hava kəskin soyuyacaq - Xəbərdarlıq
“PashaPay” MMC ilə “Azəriqaz” İB arasında anlaşma imzalanıb - Onlayn xidmətlərlə bağlı (FOTOLAR)
Afət Fərmanqızı məhkəməyə verildi - Qalmaqal
İsrail ordusu məktəbi vurub - 20 fələstinli həyatını itirib
Aparıcı AYNA-nı qınadı: "Pul yığmaq üçün növbəti tələ qurublar"
ABŞ və Yaponiya birgə raket istehsalına başlayır
Sabah yağış yağacaq
Sərhədimizi pozan 6 nəfər saxlanılıb - FOTOLAR
Bakıda ailəsinin baltalayan Əhməd cəzadan azad olunub - O, psixatriya xəstəxanasında məcburi müalicə alacaq
"Qardaşımı bıçaqlamaq üçün meşəlik ərazisinə aparıblar" - Ölümcül vurulan müğınninin bacısı
Rusiya Odessa limanında Panama gəmisini vurub, ölən və yaralananlar var - Nazir dünyaya səslənib
Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!
"Azərenerji"də plandan kənar yoxlamaya start verilir - Balababa Rzayevlə bağlı yeni iddialar yayıldı
Bakıda Pre-COP29 tədbiri başlayıb - İlham Əliyev iştirakçılarına müraciət ünvanlayıb (YENİLƏNİB)
Azərbaycanın şimal-qərb və qərb regionunda təhlükə yaranıb - Qəhvəyi mərmər bağacığı meyvə ağaclarını məhv edir!
"Kimin pulu varsa, xaricdə məqalə, monoqrafiya çıxarır və asanlıqla..." - Sabiq nazir və deputatdan nazirin fikrinə fərqli reaksiyalar
Siyavuş Novruzov: "Tofiq Yaqublunu neçə dəfə azad etmək olar?" - "Əsas məqsəd Azərbaycanın ərazisindən İrana müdaxilə etməkdir" (MÜSAHİBƏ)
Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
YouTube "reklamı atla" düyməsini gizlətdi - Pulsuz istifadəçilər üçün yeni məhdudiyyət tətbiq olunub
"Beta-Azərbaycan" niyə cərimələnib?
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
İsmayıllıda meşələri doğrayan 8 nəfər tutulub
ABŞ-dan Livanla bağlı daha bir açıqlama: "Orada ikinci Qəzza hadisələri təkrarlanmamalıdır"
İsrail İordan çayının qərb sahilində daha iki məscidi boşaldıb