Bakıda ilginc olay: plastik cərrah əməliyyat etdiyi xəstə ilə intim əlqədə oldu, daha sonra isə...
11-06-2024 [10:27]
Bakıda əməliyyat etdiyi qızla sevgili olan plastik cərrahın başına iş gəlib.
Mia.az publika.az-a istinadən xəbər verir ki, plastik cərrah klinikada çalışarkən əməliyyat etdiyi S.Tağıyeva (şərti soyadlı) adlı qızla sevgili olub və bir müddət qeyri-rəsmi ər-arvad kimi yaşayıb. Lakin daha sonra onların münasibəti pozulub və S.Tağıyeva həkimin Nizami rayonunda çalışdığı klinikadakı kabinetinə basqın edərək ona hücum edib. Bu zaman gənc xanım həkimə stepler ataraq ona başından xəsarət yetirib, həmçinin masasının üzərindəki kağızları cırıb.
Hadisə yerinə polis gəldikdən sonra qızı sakitləşdirmək mümkün olub və o, polis şöbəsinə aparılıb. Bundan sonra S.Tağıyeva barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb.
Təqsirləndirilən şəxs ifadəsində artıq həkimlə barışdığını bildirib: "2022-ci ildə Səbail rayonunda yerləşən klinikaya həkim E.Məmmədov (şərti soyadlı) mənə sinə əməliyyatı etdi. Əməliyyatla əlaqədar klinikaya gedib-gəlirdim və onunla aramızda sevgi münasibəti yarandı, qeyri-rəsmi ər-arvad münasibətində olduq. O mənlə evlənəcəyini bildirmişdi. Lakin sonra ayrıldıq. E.Məmmədov mənə verdiyi sözü tutmadığından və etdiyi əməliyyatdan narazı qaldığım üçün ona verdiyim pulu geri tələb etmək üçün 14 avqust 2023-cü il tarixdə işlədiyi klinikasına getdim. Bu zaman rəfiqəm Günel də yanımda idi. Təqribən saat 13 radələrində E.Məmmədov otağına daxil oldu. Bu zaman biz də onun arxası ilə otağa daxil olduq. Otaqda həkimin köməkçisi və digər bir xəstə qadın da var idi. Otağa daxil olduqdan sonra oradakı qadınlardan otağı tərk etmələrini xahiş etdim, lakin həkim heç kimin çıxmayacağını bildirdi və mənim otaqdan çıxmağımı tələb etdi. E.Məmmədovdan əməliyyat üçün ona verdiyim 5000 manat məbləğində pulu və müalicə xərclərini tələb etdim. E.Məmmədov mənə verəcəyi pulu olmadığını, gedib pulumu klinikadan tələb etməyimi bildirdi. O, mənimlə ucadan kobud formada danışmağa başladı. İş masasının kənarından ona yaxınlaşdım və ona təkrarən "ağzının danışığını bil, sən özünü kimə göstərirsən?" dedim. E.Məmmədov sağ bazu nahiyəmdən əli ilə itələdikdə, bel nahiyəm stolun üzərində olan sənədqabına dəydi və sənədlər yerə töküldü. Özümü müdafiə məqsədi ilə onun üzündən yüngülcə şillə ilə vurdum. Bundan sonra həkim otaqdan dəhlizə çıxdı. Onun arxası ilə getdim və getməməsini, ona sözüm olduğunu bildirdim. Məni dinləmədən uzaqlaşdı. Əsəbiləşdiyim üçün geri qayıdıb E.Məmmədovun masasının üzərində olan bəzi sənədləri cırdım. Daha sonra polis əməkdaşları gəldi, izahat vermək üçün polis bölməsinə getdik. Hazırda zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş ziyanı ödəmişəm, zərərçəkmiş şəxsin mənə qarşı şikayəti yoxdur. Mənim heç bir təqsirim yoxdur".
Zərərçəkmiş həkim də S.Tağıyevadan şikayətçi olmadığını bildirib və ona cəza verilməməsini xahiş edib. Nizami rayon Məhkəməsi S.Tağıyevanı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilib və ona 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO