“Abzas media” işi: Hafiz Babalı və Elnarə Qasımova barəsində daha bir qərar verildi

img

10-06-2024 [16:14]


“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımova barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Mia.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, H.Babalının həbs müddəti 1 ay, E.Qasımovanın həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılıan istintaq üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:09 03.12.2024

Sabah yağış yağacaq