Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-06-2024 [00:03]
Qoç - işlərdən yayınmayın, məsuliyyətli davranın. İntellektual və rasional davranış nümayiş etdirin. Detallarla xırdalıqlara fikir verin. Aldığınız informasiya və məlumatlardan maksimal dərəcədə yararlanın. Həmin bilgilərdən yeni məqsədlər üçün istifadə etmək olar.
Günün ikinci yarısında yarımçıq işlər qoymayın. Yerinə yetirməyə başladığınız layihə və ya sifarişi mütləq şəkildə tamamlamağa can atın. Axşam saatlarında aktiv istirahət edin. Ünsiyyət sakit, təmkinli və konstruktiv olmalıdır.
Harmonik, rahat saatlar yaşayın.
Buğa - yaradıcılıq aktivliyi üçün əlverişli gündür. İdeyalarınız gələcəkdə uğura səbəb ola bilər. Məqsədə çatmaq üçün həmfikirlərinizlə çalışsanız, pis olmaz.
Hisslər və emosiyalara uymayın. Bütün əməllərdə sağlam məntiqlə davranın. Yaşam enerjisini mənasız, perspektivsiz işlərə sərf etməyin. Bilik, bacarıq və təcrübənizi artıra biləcək istiqamətləri seçin. İşdə yenilənməyə yardım edəcək insanla təmas üçün əlverişli gündür.
Əkizlər - yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız. Lakin həmsöhbətinizin emosional durumunun incəliklərinə və detallarına fikir verin.
Əks təqdirdə sərt tənqidlərə məruz qala bilərsiniz. Yerinə yetirmək istəmədiyiniz işi görməyinizi istəyəcəklər.
İşə ciddi yanaşın. İzafi tələblər, tapşırıqlar və məsləhətlərə fikir verməyin.
Təmaslar, əlaqələr, danışıqlar, müzakirələr, yaradıcılıq üçün yaxşı gündür. Günün ikinci yarısını hərəkətdə, informasiya axtarışında olun.
Alış-veriş etmək olar. İmkanınız varsa, borc almayın, kredit götürməyin.
Axşam saatlarında dincəlin.
Xərçəng - günü qarşınıza qoyduğunuz məqsədə və real işə sərf edin. Yeni tanışlıq, maraqlı söhbət və çoxdan almaq istədiyiniz əşyanının əldə olunması mümkündür.
Mühüm məsələlər və ümumi planları yaxınlarınızla müzakirə edin.
Praktiki mənası olan ideyalar və fikirlər ola bilər.
Özünüzü daha əmin hiss etmək üçün yaşam arealınızdakı xaosu nizama çevirin. Hisslərinizi saf-çürük edin, emosiyalarınıza uymayın.
Soyuqqanlı və təmkinli olun.
Axşam saatlarında sabahın planını hazırlayın.
Şir - günə aktiv başlayın. Fəal olun, yaranmış şansları əldən verməyin. Perspektivi düşünün. Heç nəyi mürəkkəbləşdirməyin. Sizin üçün önəmli insanlarla təmaslarda mühüm məqamlardan yayınmayın.
Diqqətinizi səbirsizliklə gözləyən insanları xatırlayın.
Alış-veriş üçün yaxşı gündür. Amma bilin ki, bahalı mal həmişə keyfiyyətli olmur.
Səhhətinizə fikir verin. Axşam saatlarına yaxın təəssüratların sayı artacaq. Onlar sizin üçün mühüm mövzuların genişlənməsi və inkişafı üçün təkan ola bilər.
Qız - yaxın gələcəkdə həll etmək məcburiyyətində qalacağınız məsələlərlə bağlı aydın təsəvvürünüz olacaq. Perspektiv planları müzakirə edin. Sizi nikbin dəyişikliklər gözləyir.
Ev işləri ilə də məşğul olmağı unutmayın.
İşdə çalışarkən diqqətli olun, başqalarının sizin tapşırığınıza, sifariş və ya layihəsinə müdaxilə etməsinə imkan verməyin.
Rəhbərliklə danışıqlarda məntiqli olun, irreal tələblərlə çıxış etməyin. Amma öz hüquqlarınızı da qoruyun.
Qüvvənizi yeni istiqamətdə və işdə yoxlaya bilərsiniz. Axşam saatlarında yaxşıca dincəlin.
Yaxınlarınızla münasibətlərə daha çox diqqət ayırın. Onlar tərəfdən xahiş və ya tələb gözləməyin.
Ailə üzvlərinin qayğısına qalın, onlara yalan danışmayın.
Tərəzi - tələskənlik etməyin, cari məsələlərlə aramla məşğul olun. Fəaliyyət sahənizi genişləndirmək və yeni istiqamətlər müəyyənləşdirmək üçün əlverişli zamandır.
Təkliflər, məlumat mübadiləsi və müzakirələr gələcəklə bağlı yeni perspektivləri müəyyənləşdirə bilər.
Layihələrini genişləndirmək, tərəfdaşlar tapa bilmək üçün gərəkli çevrədə olmağa çalışın. Yaşam arealınızda qayda yaradın.
Səbrli, soyuqqanlı iş və hisslərinizdə "təmizlik əməliyatı" daxili stabillik hissi yaradacaq, sizə güc və qüvvə verəcək.
Əqrəb - yaşananlara ciddi yanaşın, olanları ciddi qiymətləndirin. Günün zahiri fonu pis deyil.
Ünsiyyət, təmaslar, faydalı informasiyanın alınması üçün məhdudiyyət yoxdur. Hansısa hadisə və ya insan özünü xatırladarsa, bu təsadüf deyil. Gərkli zənglər edin, məktublar yazın. Sizdən diqqət nişanələri gözləyən insanı pərişan etməyin.
Vədləri yerinə yetirin.
Şəxsi münasibətlər müstəvisində yaşananlara süni təkan verməyin. Belə təkan olmadan da qəfil dönüş, sizi düşünməyə vadar edən olay yaşana bilər.
Axşam saatlarını dostlar və ya qohumlarla birlikdə keçirin.
Maraqlı məkana yollanmaq olar.
Oxatan - praktik olun, fəqət yaradıcı ideyaları da unutmayın. Detallara yetərincə diqqət ayırın, mühüm heç nəyi nəzərdən qaçırmayın.
Ev işləri və təmir üçün əlverişli gündür. İşdə isə sərvaxt olun, qarşınızda durmuş problemi həll edin, layihə və ya tapşırığı vaxtında bitirin.
Səhhətinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxın.
Axşam saatlarında diskussiyalar yarana bilər.
Sizə əziz insanlarla münasibətlərə dəyər verin. Münaqişə yaranarsa, tez barışın.
Oğlaq - yeni imkanlar və şansların yarandığı gündür. Bir qədər fəal olsanız, həmin imkanlardan maksimal dərəcədə istifadə edə bilərsiniz.
İnformasiya və ünsiyyətdə yeni məlumatlar, sürprizlər, detalların aşkarlanması olacaq.
Ev işləri ilə məşğul olmaq fikrinə düşsəniz, məhsuldar və çalışqan olun. Gərəkli yerə baş çəkin, lazımi avadanlıq və materialları alın.
İşləyin, tənbəllik etməyin.
Səfər və ya ezamiyyət üçün uğurlu gündür.
İnternetdə məlumat axtarışı, virtual səyahətlər üçün axşam saatlarını ayırın. Real və virtual ünsiyyət, görüşlər maraqlı olacaq.
Dolça - səhər saatlarından etibarən fərqli və çeşidli işlərlə məşğul olacaqsınız. İşlə bağlı gərginlik sizi stress vəziyyətinə salacaq.
Həddən artıq iş görməyə çalışmayın. Ailədə sizin öhdəlikləriniz hesab olunan işlərdən yayınmayın.
Günün ikinci yarısında alış-veriş edin.
Yaxın dostlarla vaxt keçirin, yaşam arealınızı qaydaya salın. Perspektivlərin müzakirəsi, maliyyə məsələlərinin nəzərdən keçirilməsi üçün əlverişli zamandır.
Balıqlar - praktiki olaraq bütün məsələlər indi ön plandadır. Ola bilər ki, bəzi planlar və layihələrə yenidən baxmaq vaxtı çatıb.
Tərəfdaş, yaxud iş yoldaşınız sizi yeni addımlara sövq edə bilər. Hazırda çalışan layihələri daha da inkişaf etdirmək üçün yeni imkanlardan yararlanmağın yollarını düşünün. Yaşamınızda yeni maraq obyekti peyda ola bilər. Şəxsi münasibətlər müstəvisində önəm verdiyiniz insanla təmasları intensivləşdirə biləcək nüanslara fikir verin. Diqqətli və həssas olun.
Milli.Az
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO
Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib
Sabahın hava proqnozu açıqlandı
"Bakirəliyin bərpası üçün gələnlərin sayı çoxdur"- Ginekoloqdan şok açıqlamalar (VİDEO)
Şimal zonasına qar yağıb
"Space"in sabiq direktoru sədri seçilib
Bakıda 20 Yanvar günü bu yollar bağlanacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azersun Holding”in rəhbəri vəfat edib
Milli Qəhrəmanın atasının kartından 80 min manat oğurlayan bu şəxs imiş - DİN və Bankdan açıqlamalar (FOTOLAR, Yenilənib)
ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar
"Kapital Bank" və "Beynəlxalq Bank" məni bezdirir, lakin... - Ekspert Hökumə Quliyevanın atasının başına gələnlərdən yazır
Azercell-in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir - FOTOLAR
İmişlidə kafedə dava: 20 yaşlı uşaq 30 yaşlı şəxsin boğazını kəsdi
Hakan Fidan Bakıya gəlib
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - İki qurum birgə məlumat yaydı
Azərbaycan nefti bahalaşdı
Cəbrayıla daha 206 nəfər köçürülüb
Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi Neymarın "yerin dibinə soxdu": "O, artıq əvvəlki oyunçu deyil, heyətdə olmayacaq"
Abşeronda evdə partlayış: 5 nəfər yaralanıb
Qəzza atəşkəsə 2 gün qalmış bombalanır - Daha 88 nəfər ölüb
YA SATILACAQ, YA BLOKLANACAQ - ABŞ məhkəməsi "TikTok"u "güncə sıxdı"
Anası gənc futbolçusunun 10 yaş böyük nişanlısına qarşı çıxdı: "Siz bir bunun geyiminə baxın..." - Oğlu isə... (FOTOLAR)
Dövlət ittihamçılarından ibarət qrup yaradılıb - Hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayıb (YENİLƏNİB)
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat edib
Türkiyə millisinin hücumçusu əməliyyat olunub - AÇIQLAMA
İrakli Kobaxidzenin Azərbaycana səfəri başa çatıb
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
İstanbulda saxta spirtli içki can alır - Ölənlərin sayı 38-ə çatıb
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib
"Abzas Media" işi: Fərid İsmayılov saxlanılıb
İrakli Kobaxidze Azərbaycan prezidenti ilə görüşüb, birgə bəyanat verildi - TAM MƏTN (FOTOLAR, Yenilənib)
Orhan Ak baş məşqçi təyin olunub
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
"Beşiktaş" “Mançester Yunayted”in sabiq baş məşqçisi ilə anlaşdı: "İşə başlamağı səbirsizliklə gözləyirəm"
Sabiq nazirin bacısı vəzifədən çıxarıldı
Kür çayına 10 min balıq körpəsi buraxılıb