Daha bir məktəb direktoru vəzifədən azad edildi - Nöqsanlara görə 

img

31-05-2024 [10:58]


Ağdaş rayonu Orta Ləki kənd M.Nəbiyev adına tam orta məktəbdə bir neçə istiqamət üzrə yoxlama aparılıb, direktor yol verilən nöqsanlara görə işdən çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar məşğələlərin təşkili və tədrisi, şagird davamiyyəti, dərslərin əvəzolunması, texniki heyət işçilərinin işə davamiyyəti, məktəbdaxili qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub. Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Ələm Abdulla oğlu Abdullayev mayın 31-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən vəzifəsindən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:53 18.01.2025

Hakan Fidan Bakıya gəlib