Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-05-2024 [00:02]
Qoç - peşəkar fəaliyyətinizlə bağlı plan və ideyaların reallaşdırılması üçün uğurlu gündür. Yeni müttəfiqlər aramaq, cari məsələlərin həlli üçün qeyri-standart metodlardan istifadə etmək olar. Yeni ideyalardan birini yaxın ətrafınızdakı insanlar da bəyənə bilər. Mövqelərinizi möhkəmləndirin, nüfuzlu şəxslərdən dəstək alın.
Yeni bilik və bacarıqların əldə edilməsi üçün yaxşı gündür.
Bu gün əldə etdiyiniz bütün uğurlara rəğmən, əhvalınız yaxşı deyil. Özünüzdən və ətrafınızdakı insanlardan narazısınız. Bəzən aqressiv davranırsınız və bunun səbəbini anlamağa çalışsanız da, bir nəticə hasil olmur.
Alış-veriş üçün əlverişli gün deyil.
Buğa - maraqlı və mühüm görüşlər günüdür. İşgüzar məsələləri həll edərkən çevik və sayıq olun. Ən əlverişli şərtlərə nail olmaq üçün inadkar və sərt davranmalısınız.
Mühüm xəbərin, maraqlı məlumatın alınması istisna deyil. Öyrəndiyiniz təfərrüatı yaxın ətrafınızdakı insanlara danışmağa tələsməyin.
Bəzi məqamları hələlik konfidensial saxlamaq məsləhətdir.
Dəvət aldığınız tədbirə qatılmaq, əylənmək üçün yaxşı vaxtdır. Diqqət mərkəzində olacaqsınız.
Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edəcəksiniz.
Əkizlər - ehtiyatıl və həssas olun. Bu gün asanlıqla düşmən qazana bilərsiniz. Sərt danışmayın, izafi tənqidə varmayın. Ətrafınızdakı insanlarla yanaşı, tanımadığınız şəxslərlə bağlı subyektiv fikirlərinizdə aqressiv olmayın.
Əks cinsin mənsubu ilə qarşılıqlı anlaşma alınmayacaq. Cari və rutin işlərlə məşğul olmayın.
Maliyyə məsələlərinin həlli üçün uğurlu gün deyil. Bədxərclik və ya pulların məqsədi üzrə xərclənməməsi istisna deyil.
Günün ikinci yarısı önəmli şəxslə mükalimə və birgə istirahət üçün əlverişlidir.
Axşam saatlarında travma rsiki var. Macəra aramayın.
Xərçəng - asan olmayan gündür. Fəaliyyət planını əvvəlcədən hazırlayın. Ən xırda məsələlərdə həssas olun və belədə bir sıra problemlərin yaranmasına imkan verməyəcəksiniz.
Bu günün ideyaları o qədər də yaxşı deyil. Onlar ilk baxışdan cazibədar təsir bağışlasalar da, reallaşdırma prosesində tələsməyin.
İşgüzar danışıqlar uğurla keçəcək. Çox əlverişli əməkdaşlıq təklifi alacaqsınız.
Günün ikinci yarısında əhvalınız pozula bilər.
Neqativ reaksiyasınızın səbəblərini müəyyənləşdirmək üçün davranışınızı təhlil edin.
Şir - cari və rutin işləri uğurla başa vurmağa səy göstərsəniz də, cəhdləriniz tam nəticə verməyə bilər. Gündəlik işlərin gedişatında belə, çətinliklər yaranır.
Günün ikinci yarısına yaxın sizi narahat edə biləcək məlumat alacaqsınız.
Az sonra bəlli olacaq ki, təlaş nahaqdır və gerçək səbəblər yoxdur.
İşdə həmkarlar və rəhbərliklə münasibətlərdə problemlər yarana bilər. Mövqelərinizin düşündüyünüz təki səbatlı olmadığını anlayacaqsınız.
Rəqibləri üstələmək istəsəniz də, niyyətiniz tezliklə reallaşmayacaq. Mürəkkəb strategiya hazırlamalısınız.
Qız - peşəkar fəaliyyətlə bağlı istənilən məsələlərin, hətta ən çətin problemlərin həlli üçün uğurlu gündür. Situasiya nə qədər çətin olsa da, nələr baş verdiyini anlamağa çalışın və fəaliyyət istiqamətlərini müəyyənləşdirin.
Yaxın ətrafınızdakı insanlardan bəziləri məsləhətlərinizə riayət etməyə çalışacaqlar. Sizi dinləməyən özündən küssün.
İşgüzar danışıqlar və görüşlərin nəticəsi pis olmayacaq. Ünsiyyət və təmaslarda çətinlik çəkməyəcəksiniz. Hər şey normal olacaq.
Tərəzi - qətiyyətli, inadkar, soyuqqanlı olun. Belə davransanız, işlərdə uğur qazanacaqsınız. Asan qələbələri ağlınıza gətirməyin. Karyera inkişafı istisna deyil. Lakin yeni vəzifədə və ya işdə mühitə tez alışacağınıza ümid etməyin.
Bədxah, rəqib və ya sizə paxıllıq etməyə çalışan şəxs narahatlıq yaratmaq üçün əlindən gələni edəcək. Nüfuz və adınızı qoruyun. Bədxahlar sizə zərbə vurmaq istəyirlər.
Yaranan imkanlardan və şanslardan istifadə edin. Sizdən yararlanmaq istəyənlərin niyyətlərinin gerçəkləşməsinə imkan verməyin.
Əqrəb - problemlər ilk baxışdan göründüyü təki ciddi və böyuk deyil. Çətinliklər və maneələrin miqyasını böyütməyin. Uğur və qələbələri kiçiltməyin.
Sizə hadisələrə başqa aspektdən baxmağı təklif edən insana qulaq asın. Pozitiv əhval, nikbinlik çox məsələni həll etməyə imkan verəcək.
Alış-veriş və borc vermək, sərmayə yatırmaq üçün uğurlu gün deyil. İmkanlarınızı olduğundan artıq dəyərləndirərək bədxərclik etməyin. Evdə və işdə qayda yaradın, sizə gərək olmayan əşyalardan qurtulun.
Lazımsız əşyalarla yanaşı, sizi bədbinlik və qəm də tərk edəcək.
Oxatan - uğurlu və əlverişli gündür. Darıxmağa vaxtınız qalmayacaq. Qərarları tez, sürətlə qəbul etmək gərəkdir. Yaşamda baş verən situativ dəyişikliklərə tez alışın.
İmprovizə qabiliyyətniz karınıza gələ bilər. Kiçik maliyyə itkiləri olacaq. Aldığınız əşyadan xoşunuz gəlməyəcək.
Ailə üzvləri ilə mübahisə etməyin. Bu gün heç bir səbəb olmadan münaqişə yaranarsa, münasibətlərdəki harmoniyanı bərpa etmək asan olmayacaq.
Dövlət qurumları və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə təmaslar məsləhət deyil.
Oğlaq - işlərə aktiv və əzmlə başlayın. Onları başa çatdırmağa tələsin. Ciddi lüzum olmayan işi yarımçıq qoya bilərsiniz.
Qüvvənizi məntiq və qənaətlə xərcləyin. Gerçəkdən də, ciddi işə başlamazdan əvvəl yorula bilərsiniz. Belə durumla qarşılaşmamaq üçün yaxınlarınız və ya iş yoldaşlarınızın təklif etdiyi yardımdan yararlanın.
Səlahiyyətlərinizin bir qismini onlarla bölüşə bilərsiniz.
Günün ikinci yarısında qəfil dəyişikliklər baş verə bilər.
Yaşananlar ilk əvvəl sizi nigaran qoya bilər. Amma sonra hər şeyin yaxşı olduğunu anlayacaqsınız. Yaşlı qohumlarınızın məsləhətlərinə qulaq asın.
Dolça - çətinliklər çoxdur. Əhvalınız pozula bilər. Yaxın ətrafınızdakı insanlarla münaqişələrə yol verməmək üçün fikrinizi və mövqeyinizi açıqlamayın. Narazılığınızı bildirməyin. Situasiya narahat olaraq qalır. Vəziyyəti dəyişməyin yollarını düşünün. Şayiə və dedi-qodulara əsla fikir verməyin, gələn hər xəbəri yoxlayın.
Bədxah və ya rəqib sizi aldatmağa, düşünülməmiş addımlar atmağa sövq etməyə çalışacaq.
Balıqlar - asan gün deyil. Lakin ciddi problemlər yaransa da, geri çəkilməyin, ruhdan düşməyin.
Unutmayın ki, bu gün problemlərin öhdəsindən təkbaşına, müstəqil şəkildə gəlin. Yardım üçün kiməsə müraciət etsəniz, çətin duruma düşəcəksiniz. Yerinə yetirilməsi çətin vədlərin verilməsi də istisna deyil.
Danışıqlar və müzakirələr üçün uğurlu gün deyil. Asanlıqla güzəştə getməyin, zərərli şərtləri qəbul etməyin. Yaxınlarınızla münasibətləri aydınlaşdırmağa, bütün problemləri dərhal həll etməyə çalışmayın.
Yaranmış situasiyanı təmkinlə araşdırın, təhlil edin, müsbət və mənfi yönləri dəyərləndirin. Yalnız bundan sonra gələcəklə bağlı planları dəqiqləşdirə bilərsiniz.
Milli.Az
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq