Masallıda 4 məktəbin direktoru vəzifədən azad olunub - Yalnız birinə vəzifə verilib

img

29-05-2024 [20:03]


Daha 4 məkətbin direktoru vəzifədən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə əslən Masallıdan olan tanınmış jurnalist Zahir Əmənov sosial media hesabında yazıb.

O bildirib ki, rayonun Türkoba, Köhnə Alvadı, Sirəbil və şəhər 3 saylı tam orta məktəblərinin direktorları vəzifədən çıxarılıblar: "Onlardan yalnız birinə - 3 saylı tam orta məktəbin direktoru, Masallı Təhsil Şöbəsinin sabiq müdiri Astan İbişov Köhnə Alvadı kənd tam orta məktəbinə təyinat alıb".

Jurnalist bildirib ki, həmin direktorlar Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində üzə çıxan nöqsanlara görə vəzifələrini itiriblər.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:53 18.01.2025

Hakan Fidan Bakıya gəlib