Jurnalist Cəmil Məmmədli şikayət verib

img

27-05-2024 [09:57]


Jurnalist Cəmil Məmmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası mayın 29-na təyin edilib.

Şikayət hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə araşdırılacaq(Pravda).

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki C.Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR