Bakını toz bürüyüb - "Normadan 2.8-3.2 dəfə çoxdur"

img

27-05-2024 [09:17]


"Hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur".

MİA.AZ xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib.

O bildirib kki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”.

Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olduğu qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:53 18.01.2025

Hakan Fidan Bakıya gəlib