Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-05-2024 [00:02]
Qoç - rahat və uyğun gündür. Qısamüddətli səfərlər işdə irəliləyişə yardım edər. Gərgin situasiyalar arxada qalıb. Yaxın ətrafınızdakı insanlarla təmasda olun, onların istək və tələblərini anlayın. Bilavasitə əlaqələrə üstünlük verin. Yazışmalarda istəklərinizi konkret izhar edin.
Tədris, təlim, biliklərin artırılması ilə bağlı planların gerçəkləşdirilməsi üçün əlverişli vaxtdır. Yaxşı çalışın, məhsuldar fəaliyyətlə məşğul olun. Çətin problemləri alınan yeni məlumatın sayəsində həll etmək olar.
Buğa - xərclər və məsrəflər arta bilər. Alınması gərəkən əşyalar var. Yaxın ətrafdakı insanlar sizə yardım, məsləhət verə bilər. Yaxın vaxtlarda yaranacaq tanışlıqlardan faydalanın.
Həyatınızı asanlaşdıracaq layihələrlə məşğul olun. Uzun müddətdən bəri reallaşdırmağa çalışdığınız planların həyata keçirilməsi üçün əlverişli vaxtdır.
Nikbin olun, qarşınıza konkret və yeni məqsədlər qoyun. Aktiv davranın.
Axşam saatlarında yaxşı istirahət edin.
Əkizlər - işlər və yaşam üçün əlverişli vaxtdır. İnformasiya ilə çalışın, alınan məlumatları təhlil edin, fəaliyyətinizə yeni ideyalar əlavə edin. Təmaslar və əlaqələr çevrəsini genişləndirin. Səfərə çıxmaq, tədbirlərə qatılmaq, sizi maraqlandıran məsələnin həll yollarını aramaq olar.
Daha çox iş görməyə çalışın.
Günün ikinci yarısında neytral maraqlar və emosiyaları seçin. Alış-verişdə dəqiq olun. Bədxcərclik etməyin.
Səhhətinizə fikir verin.
Fiziki iş faydalıdır. Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - yeni fikirlər, ideyalar və təəssüratlara açıq olun. Gələcəyinizdə önəmli rol oynaya biləcək hadisələri diqqətlə izləyin.
Ünsiyyət çevrənizi məhdudlaşdırmayın. Mühüm qərarlar qəbul etməyin, gərəkli və məntiqi səviyyədə eqoist olun. Yaxın ətrafınızdakı insanlar anlamalıdır ki, sizin vaxtınız sizin əmlakınızdır.
Günün ikinci yarısı aktiv olun. Gəzintiyə çıxmaq, dostlarla görüşmək, dəvət aldığınız tədbirlərə qatılmaq olar.
İnformasiya axını çox güclüdür. Köhnə əlaqələri bərpa edin.
Şir - istirahəti ünsiyyətlə qarışdırmayın. Sizə maraqlı olan insanlarla təmaslarda səmimi və açıq olun. Konkret nəticəyə hesablanmış səmimiyyətin olmasındansa, yoxluğu daha yaxşıdır.
Ən maraqlı və sizə sərfəli ola biləcək hadisəni qaçırmamaq üçün harada olmağınız gərəkdiyini araşdırın.
Dostlar maraqlı informasiya, mühüm məlumat mənbəyi olacaqlar. Onlar yarımçıq qalmış işlər və təxirə salınmış planları da xatırladacaqlar.
Bir çox məqamlar anlaşılır. Problemlərin həll yollarını intuitiv olaraq tapmağa, niyyətlərinizi reallaşdırmağa can atın.
Şərtlərin axarı və məzmunu yaşamınıza gərəkli yardımı cəlb edəcək.
Qız - aktiv və gərgin iş rejiminə fiziki, habelə mənəvi cəhətdən hazır olun. İzafi gərginlik yaratmayın. Təlaşlara yol verməyin, işdən həzz alın.
Bir qədər aramla çalışın. Günün ikinci yarısını dostlarla keçirə bilərsiniz.
Heç nəyi süni şəkildə mürəkkəbləşdirməyn. Sizin üçün önəmli insanlarla təmaslarda mühüm məqamlardan yayınmayın.
Çoxdan bəri diqqətinizi gözləyən insanı xatırlayın.
Tərəzi - təlaşlı, qarışıq və həyacanlı gündür. Xəbərlər və ünsiyyət çox olacaq. Real təmaslarla yanaşı, virtual söhbətlər də az olmayacaq. Diqqətiniz yayınmasın, əks təqdirdə bir neçə faydalı işi görə bilməyəcəksiniz.
Təmaslar, əlaqələr və yerdəyişmələri ciddi nəzarətdə saxlayın.
Axşam saatlarında dörd divar arasında qalmayın.
Dostlarla görüşün, əylənin, istirahət edin. Yaxud da çoxdan bəri başladığınız işin ilkin mərhələsinin bünövrəsini qoyun.
Şəxsi münasibətlər müstəvisində romantik təmaslar üçün yaxşı gündür. Təşəbbüskar olun.
Alış-verişdə pulunuzu diqqətlə xərcləyin.
Əqrəb - aktiv, məhsuldar və parlaq gündür. Fəal ünsiyyətdə olun. Bir işi yarımçıq qoyaraq başqasına başlamayın. Hisslər və emosiyaların idarə etdiyi fərd olmayın. İntellektual məşğuliyyətlə yanaşı, fiziki işi də yaddan çıxarmayın.
Hadisələrin axarında dönüşə səbəb ola biləcək məlumat alacaqsınız. Sizi narahat edən məsələlərin müzakirəsindən, təhlilindən yayınmayın.
Ailə ilə bağlı qayğılar artacaq. Ailə üzvləri sizə daha çox iş tapşıracaqlar.
Təsərrüfat işlərinə ciddi diqqət yetirin.
Ailənin ehtiyac duyduğu məişət texnikasını almaq olar.
Oxatan - reallaşmalı olan planlar və layihələr sizdən aktiv çalışmaq, gərgin iş tələb edir. Görmək məcburiyyətində olduğunuz işlərə səthi yanaşmayın. Ciddi olun, təmkinli davranın.
İşlərin detallarını və təfərrüatlarını sonra başa vurmaq olar. Bu gün görüşlər çox olacaq. Planlar dəfələrlə dəyişdiriləcək. Aldığınız məlumatlara və gələn xəbərlərə diqqətlə yanaşın.
Qarşıdakı yeniliklərin ilkin nişanələri, yeni təmayüllər peyda olacaq.
Şəxsi münasibətlər müstəvisində maraqlı yenilik ola bilər.
Oğlaq - sürprizlər vəd edən gündür. Yaxşı olayların yaşanması üçün aktiv olmalı, süst davranmamalısınız. Etibar etdiyiniz insanlarla çalışın. İndi sizinlə eyni marağı olan şəxslə işbirliyi münasibdir. Çalışdığınız məkanda, işlərinizdə qayda yaradın. Planlarda yeniliklər etmək olar.
Yeni işə başlamaq, mühüm məsələni müzakirə etmək, perspektivlə bağlı planları nəzərdən keçirmək olar. Qarşılıqlı anlaşma üçün indi analitik mübahisələr gərək deyil. Əsas məsələ konkret iş və fəaliyyətdir.
Alış-veriş, qonaq qəbul etmək, dəvət aldığınız tədbirə qatılmaq olar.
Dolça - aktiv istirahət, səfər, dostlarla görüş üçün əlverişli vaxtdır. Şəxsi münasibətlərdə tərəfdaşla dialoq çox mühümdür. Bir çox məsələlərlə bağlı razılaşma əldə etmək olar.
Münasibətləri arzuladığınız istiqamətdə inkişaf etdirmək istəyirsinizsə, tərif deyin.
Ailə üzvləri ilə daha çox vaxt keçirin, yeni və maraqlı işlə məşğul olun.
Səfərə və ya səyahətə yollanmaq olar.
Daha yaxşı görünməyə çalışın, xarici görünüşünüzün qeydinə qalın. Yaradıcılıq üçün yaxşı vaxtdır.
Yaxın ətrafınızda və ya yaşam arealında dəyişikliklər etmək olar.
Balıqlar - ailə üzvləri ilə bağlı planların və yaxın gələcəkdəki perspektivlərin müzakirəsi üçün əlverişli dövrdür.
Münasibətlər normada deyilsə, konkret addımlar atın. Hissləri təzələyin, yeni məqsədləri nəzərdən keçirin.
Yaxın ətrafınızda baş verən hadisələrin bəzilərinin sizə birbaşa dəxli olmaya bilər. Lakin yeni mövzuya başlamaq, sosial pillədə irəliləməyə imkan verən məqamı əldən verməyin.
Cari problemləri və sualları həll edərkən təkbaşına qalmayın.
Baş verənləri problemi yaxşı bilən insanla müzakirə edin.
Milli.Az
Prezident İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
Suriya və İsrail Bakıda birbaşa danışıqlar aparacaq
Suriya prezidentinin Azərbaycana səfəri başa çatıb
Prezident Əhməd Əl Şaraa Fəxri xiyabanı ziyarət edib
34 yaşlı qardaş ögey qardaşını qətlə yetirib
Suriya prezidenti Azərbaycanda - İlham Əliyev Şaraanı qəbul etdi (FOTOLAR, YENİLƏNİB)
Sabah isti hava olacaq
Mətbuat Şurası "Sputnik Azərbaycan"la bağlı açıqlama yaydı: "Faktlar kobud şəkildə təhrif edilib, bu da..."
Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
Azərbaycan neftinin qiyməti 76 dollara qalxıb
“Sabah”ın Avroliqa macərası deyəsən, elə indidən bitir - Gələnin, gedənin yanında bizi biabır eləməsəniz, olmaz?
Sumqayıtda kürəkən qayınatasını öldürüb - Açıqlama (YENİLƏNİB)
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
İsmayıllıda zəlzələ olub
Anar Abdullayev həbs olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Kristal Pelas” UEFA Avropa Liqasından kənarlaşdırıldı - Konfrans Liqasına niyə düşürüldü?
QHT.az saytının 10 yaşı tamam olub
Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
Aİ-nin 27 ölkəsinin əhalisi 450 milyonu ötüb - Statistika
Ərdoğanla Baxçalı telefonda müzakirə aparıblar
Röya Ayxanın xalası qızı: "Biləndə ki, onun xalası qızıyam..."
İstanbulda "Casperlar" kriminal dəstəsinə qarşı əməliyyat: 70 nəfər saxlanıldı, lideri isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Qəzzada yardım gözləyənlər atəşə tutulub
İranın şimalındakı hava limanı xarici reyslər üçün açılıb
Zelenski: "Rusiya Xarkovda doğum evini vurub"
"Adam söyüş söyür..." - Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: "Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da..."
Əliyev - Paşinyan görüşü: vasitəçisiz müzakirə və... - TƏHLİL
Qarşıda 3 günlük isti hava gəlir - Xəbərdarlıq
Azərbaycan əhalisi artıb
Azərbaycan I Liqasının başlama tarixi açıqlanıb
Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
Dövlət Baxçalıdan PKK-nın silahlarını yandırmasına reaksiya: "Türkiyə terror bəlasından qurtulur"
Xocalı soyqırımı vaxtı girov götürülmüş qadın məhkəmədə elə faktları açdı ki... - Ermənilər Bakıda hakim qarşısında
"Fənərbağça" 18 yaşlı seneqall yarımmüdafiəçi ilə anlaşdı - 5 illik müqavilə imzalandı
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqlənib
PKK 41 ildən sonra silahlarını bu mağarada yerə qoydu: 4 lider, 30 nəfərlik qrup silahını yandırdı - VİDEO, FOTOLAR
Ərdoğan: "Srebrenitsa soyqırımı tarixdə qaranlıq bir ləkədir"
Sabah hava necə olacaq? - Proqnoz
Unun satış qiyməti dəyişməyib
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı