“Abzas Media” işi: Nərgiz Absalamova ev dustaqlığına buraxılmadı

img

22-05-2024 [14:34]


Bakı Apellyasiya Məhkəməsi “Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova barəsində qərar verib.

Mia.az xəbər verir ki, onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin olunmayıb.

Qeyd edək ki, ötən il dekabrın 1-də N.Absalamova barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR