"Eldar Əzizovun heç vecinə də deyil" - Qaraçuxur sakinlərinin rahatlığını kim pozub? (VİDEO)  

img

16-05-2024 [10:14]


Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin sakinləri axşamlar evlərində rahat yata blmirlər.

Bu barədə Mia.az-a Suraxanı MKTB-nin və Qaraçuxur Qəsəbə nümayəndəliyinin binasının yerləşdiyi küçənin sakinləri məlumat veriblər.

Sayt vasitəsi ilə yenidən Bakı Şəhər İcra Hakimiyyətinə şikayətlənən sakinlər bildirir ki, məhəllədə uşaqların futbol oynadığı ərazini az əvvəl "Günəş" MTK adlı şirkət satın alıb: "Həmin gündən məhəllə cəhənnəm diyarına dönüb. Şirkət ərazini yaşılıq qarışıq, əvvəlcə dəmir hasara aldı. Çox yerə şikayət elədik, ancaq aydın oldu ki, şirkət "topdağıtmaz güc"ə sahibdir. İnd də gecə-gündüzmüz yoxdur. Ağırtonnajlı maşınlarıa gecələr elə səs-küy salırlar ki, evdə qorxudan və səsdən yatmaq, dincəlmək mümkün deyil. İnanın, bəzən uşaqlar yuxudan hövlənk qalxır, elə bilirlər zəlzələ baş verir...".

Sakinlər deyir ki, məsələ ilə bağlı DİN-in qaynar xəttinə və meriyaya məlumat veriblər: "Üstəlik, Bakı şəhər İcra Hakimiyyətinə də dəfələrlə şikayət edirik, ancaq Eldar Əzizovun heç vecinə də deyil. Ona görə mətbuat vasitəsilə təkrar xahiş edir və tələb edirik, bu şirkətin normal işləməsini təmin edin. Axə, belə özbaşınalıq olmaz. Yəni, rayonda bu qədər dərəbəylikdir?".

Əhməd

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq