SOCAR-ın sabiq vitse-prezidenti və oğlunun adı sensasiyalı qalmaqalda: "Məni aldatdılar, iddiadan imtina etdirdilər..." - Gəlin elə iddialar irəli sürdü ki... (VİDEO)
15-05-2024 [16:29]
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova ölkə rəhbərliyinə, hüquq mühafizə orqanlarına, ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəməsinin sədri, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova, Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. Fidan Loğman qızı Abbasova üzləşdiyi qanunsuzluqlardan şikayətçidir.
Fidan Abbasova Musavat.com-a müraciət edərək deyib ki, qayınatası Mikayıl İsmayılov onu həbslə hədələyir, tələblərindən əl çəkməsini tələb edir.
Onun sözlərinə Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib: “Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşmədi, nə də atalığı qəbul etmədi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.
Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib: “Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.
Fidan Abbasova bildirib ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadından 3 oktyabr 2023-cü il tarixdə şikayət vermək üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə verib: “Sabunçu rayon Məhkəməsi ərizəmi təmin etmədi, Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1885/2024 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı işi üzrə 30.10.2023-cü il tarixli qərardadı ləğv olundu. Müddət bərpa olundu və ərizəmə baxılması üçün mülki işin Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alındı”.
Fidan Abbasova bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Sabunçu məhkəməsinin qarşısına bir sıra tapşırıqlar da qoyub: “Belə ki, Bakı Apellyasiya məhkəməsi özünün hüquqi mövqeyində qeyd edir ki;
Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 60, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, ərizəçinin əsas dəlili qərardadın almaması olmuş, məhkəmə isə Abbasova Fidan Loğman qızının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadını qəbzə şəxsən imza etməklə 12 may 2017-ci il tarixdə qəbul etməsi əsası ilə ərizəni təmin etməmişdir. Kollegiya hesab edir ki, qeyd ediən dəlil yoxlanılmadan, formal baxımdan ərizənin qeyd edilmiş əsasla rədd edilməsi mülki prosessual baxımından yolverilməzdir. Buna görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Ərizəni yenidən araşdıran məhkəmə (səlahiyyətləri ona aid olan) qanunvericiliyə müvafiq qəbzin məzmununa qiymət verməklə, orada olan imzanın kimə məxsusluğunu araşdırmalı, habelə məhkəmə tərəfindən məhkəmə aktının çatdırılması üzrə vəzifələrin həyata keçirilməsini yoxlamalı, ondan sonra çəkişmə şəraitində müddətin ötürülməsinə, ötürüldüyü təqdirdə onun üzrlü hesab edilib-edilməməsinə qiymət verməlidir.
Bildirmək istərdim ki, hazırda iş Sabunçu rayon Məhkəməsinin hakimi cənab Ruslan Mirzəliyevin icraatındadır. Məhkəmədə işə baxan hakimə iş materiallarında olan qəbzin imzalandığı tarixdə Azərbaycanda olmadığımı və qəbzin boş olmasını dedim. Yəni qəbzdə imza olsa belə, həmin qəbzin nə üçün və hansı səbəbdən verilməsi göstərilməyib. Bundan əlavə iş materiallarında məhkəmə qərardadının MPM-nin tələbləri baxımından göndərilməsi və çatdırılmasına dair heç bir sübut olmadığı və bu halın Apellyasiya Məhkəməsi tərəfindən təsdiqləndiyi də məhkəməyə bildirdim. Bundan sonra proses uzun müddətə təxirə salındı”.
Fidan Abbasovanın sözlərinə görə ilk prosesdən sonra Orxan İsmayılzadə və havadarları ona təzyiq və təhdidlər edib, müxtəlif mobil nömrələrdən və sosial şəbəkə hesablarından SMS-lər yazmaqla, zənglər etməklə, “Mikayıla heç kim heç nə edə bilməz, güc bizdə, hörmət bizdə, qalan hər şey bizdədir, bunu bütün ölkə bilir. Çaşma, ağıllı ol. Sənin də Ata Abdullayev kimi sroka getmək fikrin var. Onun düşdüyü duruma səni də salarıq”- tipli təhdid mesajları göndərirlər. Mənə hədə-qorxu gəlməklə məhkəmədə övladımın haqqını axtarmamağım, əks halda məni çox ciddi problemlərin gözlədiyi bildirilir.
Orxan İsmayılzadə və atası Mikayıl İsmayılov öz nüfuzundan istifadə etməklə dövlət orqanlarına müdaxilələr etməyə çalışır və məni çarəsiz vəziyyətə qoyurlar”.
Fidan Abbasova deyir ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün: “Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbiçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...