Şirvan şəhər Bayramlı qəsəbəsində istirahət parkı açılıb 

img

14-05-2024 [18:08]


Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə Şirvan şəhərinin Bayramlı qəsəbəsində Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Şirvan bələdiyyəsi tərəfindən park inşa edilib.

Mia.az xəbər verir ki, tədbir iştirakçıları öncə istirahət parkının önündə salınmış “Şəhidlər” memorial abidə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.

Sonra istirahət parkında aparılan yenidənqurma işlərinə baxış keçirilib. Yeni salınmış parkda mini futbol stadionu, uşaqlar üçün müxtəlif əyləncə qurğuları, söhbətgahlar quraşdırılaraq sakinlərin ixtiyarına verilib.

Tədbirdə Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov istirahət parkının qəsəbə sakinlərinin ən sevimli istirahət guşəsinə çevriləcəyəni bildirib. Tədbirin sonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qəsəbə sakinlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:53 18.01.2025

Hakan Fidan Bakıya gəlib