Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-05-2024 [00:11]
Qoç - yaradıcı və işgüzar potensialınız güclənəcək. Cari işlərin düzəninə yeniliklər və təkmilləşdirmələr etmək olar. Dəqiqlik, konsentrasiya və sürətlənmə tələb edən işi planlaşdırmayın.
Emosiyalarınıza hakim olsanız, yaxın ətrafınızdakı insanların halını anlasanız, uğur əldə edəcəksiniz.
Günün ikinci yarısı çoxdan nəzərdə tutduğunuz işin gerçəkləşdirilməsi üçün uğurlu vaxtdır.
Axşam saatları narahat, qarğaşalı ola bilər. Cavab aradığınız sual sizə tam aydın olacaq. Cavabı tapacaqsınız, amma o cavab sizə lazım idi?
Buğa - nüanslara və xırdalıqlara diqqət yetirin. Vacib və təxirəsalınmaz hesab etdiyiniz məsələni dərhal həll edin.
Əhvalınız motivasiyanız dəyişə bilər. Yaxın ətrafınızla bahəm, sizin üçün də çətin saatlar başlanır.
Səhhətinizdə problem, etibar etdiyiniz insanlarla münasibətlərdə sərinləşmə yarana bilər.
Səbrli və təmkinli olun, başqalarının problemlərini anlamağa çalışın. Amma öz probleminizi də unutmayın. İşlərlə təkbaşına məşğul olmaq optimal çıxış yoludur. Bununla belə, təmas və ünsiyyətlərdə laqeyd, təşəxxüslü olmayın, münasibətləri pozmayın. Tərəfdaşı narahat edən nəsnəni müzakirə edin.
Alış-veriş üçün əlverişli gün olsa da, bədxərclik etməyin.
Əkizlər - mövcud situasiyada dumanlı məqamlar var. Çoxluğun maraqları çərçivəsində hərəkət etmək ən yaxşı seçim variantı deyil. İmkanlarınızı və şanslarınızı əldən verməyin, münasibətləri sıxlaşdırmağa rəvac verə biləcək nüanslara laqeyd qalmayın. Rəğbət, xüsusi diqqət təzahürləri istisna deyil. Şəxsi münasibətlər müstəvisində diqqətli və həssas olun, qarşı tərəfi səbrlə dinləyin. Eqoist davranmayın.
İşlə bağlı məsələlərdə fırıldaq və yalan qurbanı olmayın. Sadəlövhlük etməyin, deyilənlərə dərhal inanmayın.
Müqavilə və ya anlaşmada, sənədləri imzalayanda sonrakı situasiyanı, nəticələri düşünün.
Xərçəng - qəribə, anlaşılmaz gündür. Bir-birlərinə həddən ziyadə bənzəyən variantlar arasında seçim etməli olacaqsınız. Hadisələrin sayı artır, görüləsi işlərin intensivliyi çoxalır. Səhhətdə problemlərin yaranması, virusa yoluxmaq riski var. Dəqiq motivasiya və konkret fəaliyyət planı yoxdursa, yorğunluq sizi bihal edə bilər.
Başladığınız işlərin sayını məhdudlaşdırın, işlərinizə kiminsə müdaxilə etməsinə imkan verməyin.
Günün ikinci yarısı bir qədər çətin olacaq. Problemi vaxtında hiss etmək üçün sayıq olun. Təzyiq, iddia, daxili gərginlik səviyyəsini aşağı salın. Əlavə çətinliklər yaratmayın. Axşam saatlarını yalnız istirahətə həsr edin.
Şir - hövsələsizlik və tələskənlik etməyin, cari işlərlə məşğul olun. Fəaliyyət sahəsini genişləndirmək və yeni işlərlə məşğul olmağı düşünmək üçün əlverişli vaxtdır.
Təkliflər, məlumat mübadiləsi, xidmət və servislə bağlı müzakirələr yaxın gələcəkdə yeni perspektivlər yarada bilər. Yeni tərəfdaş, layihənizi genişləndirmək və ya gördüyünüz işi tez başa vurmaq üçün şərik arayın. Evdə qayda yaradın, hisslərinizi nizama salın. Emosiyalarda təmizlənmə, aramlı davranmaq və hadisələrin təhlili daxili sakitlik, rəvanlıq hissləri yaradacaq. Şəxsi münasibətlər müstəvisində qarşılıqlı anlaşmaya can atın.
Axşam saatlarında qüvvənini bərpa edin, yorğunluq hissindən qurtulmağa can atın.
Qız - narahat, müəyyən mənada naqolay gündür. Buna rəğmən, əvvəlcədən planlaşdırdığınız işlərin gerçəkləşdirilməsinə başlayın. Tərəfdaş və ya şəriklə konkret məsələni müzakirə edərək əlavə gəlir mənbəyini tapmaq, yaxud gəlirin mövcud səviyyəsini artırmaq olar. Səxavətli olun, ümumi planlar qurun.
Güzəşt və kompromissə ehtiyac var. Nəyisə qurban vermək, sizin üçün əlverişsiz şərtlər və ya situasiya ilə barışmalı olacaqsınız. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Qətiyyətli, inadkar və əzmli olun.
Səhhətinizə fikir verin. Ev işlərinə izafi diqqət yetirməyə dəyməz. Amma o işlər vacibdirsə, digər sahələrdəki fəaliyyətin tempini bir qədər aşağı salın.
Tərəzi - ayın ən uğurlu günüdür. Yaxşı tanıdığınız insanlarla görüş və ya maraqlı insanla tanışlıq önəmli layihənin, ciddi işin və ya mənfəətli əməliyyatın ilkin mərhələsinə çevrilə bilər. Əməkdaşlıqla bağlı cazibədar təkliflər alınacaq. Səfər, yeni informasiya axını və xoş təəssüratlar istisna deyil. Bu günün ideyaları yaxın gələcəkdə sərfəli, xeyirli olacaq. Sonradan reallaşdırmaq üçün həmin ideyaları unutmayın. Hadisələrin gərəkli istiqamətdə inkişafına nail olmaq üçün konkret addımlar atın.
Günün ikinci yarısında alış-veriş etmək sərfəlidir. Axşam saatlarında dostlarla görüşün.
Əqrəb - çox mühüm, önəmli hadisələr vəd edən gündür. Faydalı əlaqələr və münasibətlər yarana bilər.
Yaranacaq problemlər sizi gərəkli insanlarla tanış edə bilər.
Təmaslarla yeni əlaqələrin maraqlı potensialı var. Müzakirə edilən məsələlərin spektrini geninləşdirin. Həmsöhbətinizə mövzu barədə tam danışmasına imkan verin, onunla planlarınızı bölüşün.
Səxavətli olun. Yaxın ətrafınızdakı insanlar üçün faydalı ola biləcək əşyanı onlara verin.
Günün ikinci yarısı romantik görüş və ya ünsiyyət üçün sərfəlidir. Güzəştə gedin, tərəfdaşın və ya əziz insanın istəklərini yerinə yetirin.
Onun əhvalındakı dəyişiklikləri qismən də olsa, təxminləməyə səy göstərməyə çalışın.
Qarşı tərəfdən səmimiyyət tələb etməyin.
Oxatan - çoxsaylı, amma kiçik işlər günüdür. Qayğılar, xahişlər, tələblər və xəbərlər çox olacaq.
Tələsməyin, fikirlərinizi cəmləyin, diqqətli olun və yalnız lazım bildiyiniz zaman təkrar əlaqəyə yol verin.
Nəqliyyat vasitəsinin normal çalışmasına və təhlükəsizliyinizin təminatına ciddi fikir verin.
Yaşam sizin durumunuz, səhhətiniz və istəklərinizi nəzərə almayaraq qarşınızda yeni məqsədlər qoyur. Ailədəki və evdəki durumdan çox şey asılıdır. Ailə münasibətlərini maraqlı baxışlar və kənar təsirlərdən qoruyun. Yaxınlarınızla sərt mübahisələrə başlamayın. Ünsiyyət və təmaslarda enerji tələb olunacaq.
Yaxın ətrafınızdakı insanlarla dil tapın, ümumi maraqları aşkarlayın. Belə olarsa, dağı dağ üstə qoymaq olar.
Oğlaq - təəssüratlar və yeniliklər bol olacaq. Baş verənlərə laqeyd yanaşmayın, yaşananların məzmununu anlamağa və situasiyanı dərk etməyə çalışın.
Yaxın ətrafınızdakı insanlar sizdən yardım gözləyir. İşdə isə qarşınıza yeni tapşırıqlar və məsələlər qoyulacaq. Onları həll etməlisiniz. Maraqlarınızı və vaxtınızı qorumaq üçün çevik davranmasanız, çox sərt tənqidlərə məruz qala bilərsiniz.
Superemosional, gərgin anlar yaşanacaq.
İşlər qaydasında olacaq. Çətin təsir bağışlayan maneələri dəf etməyə çalışın.
Sevdiyiniz və yaxın hesab etdiyiniz insanların hisslərini sınağa çəkmək fikrinə düşməyin. Yol verilən səhvləri aradan qaldırmaq asan olmayacaq.
Dolça - tamah, ehtiras və emosiyaların qurbanı olmayın. Maliyyə imkanları və fiziki səylərinizi məntiqsiz işlərə sərf etməyin. Soyuqqanlı və təmkinli davransanız, məqsədinizə çata bilərsiniz. Olanları qaydaya salın, durumu nizama salın.
Cari işləri dəqiq planlaşdırın, onları yarımçıq qoymayaraq başa vurun.
Diqqətli olun, sayıq davranın.
Yaxın perspektiv üçün hesablanmış işləri indidən planlaşdırmağa başlayın. Yeniliklərə hazırlaşın.
Sizə istəmədiyiniz və arzulamadığınız işi tapşıra bilərlər. Etiraz etməyin, işə başlayın.
Axşam saatlarında istirahət edin, əsəblərinizi sakitləşdirin.
Şəxsi münasibətlər müstəvisində romantik durumdur. Qarşı tərəfin istəklərini və gizli saxladığı hissləri nəzərə alın.
Balıqlar - uğurlu və əlverişli gündür. İntuisiyanızın səsini dinləyin. Ən önəmli məsələləri seçin, ikinci dərəcəli məqamları arxa plana salın. İnformasiya axtarışı, sirlərin açılması müsbət nəticə verəcək.
Ehtimallarınızın bəziləri doğrulacaq. Yaxın ətrafınızdakı insanların bəziləri güman etdiyiniz kimi davranacaq.
Günün ikinci yarısında görəcəyiniz iş və yerinə yetirəcəyiniz layihəni planlaşdırın.
Yaradıcılıq energetikasının artımını gözləyin. İnsanlar sizdən yardım və dəstək istəyəcəklər. Fəqət, yalnız öz işlərinizi başa vurandan sonra onların problemləri ilə məşğul olun.
Milli.Az
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO