“Abzas Media” işi: daha üç jurnalist barədə qərar verilib

img

09-05-2024 [16:18]


Məhkəmə “Abzas Media” işi çərçivəsində saxlanılan Ülvi Həsənli, Sevinc Vaqifqızı və “Məclis.info” saytının rəhbəri İmran Əliyev barədə qərar verib.

Mia.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətlərə baxılıb və təmin edilməyib.

Qeyd edək ki, ötən il noyabrın 20-də Ülvi Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. İmran Əliyev isə ötən ay hava limanında saxlanılıb. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb