Zərdüşt Əlizadə: "Burada referendum üçün əsas yoxdur" - "Belə bir şəraiti kim təsəvvürünə gətirir?"
09-05-2024 [11:50]
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
– Zərdüşt bəy, noyabr ayına qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağı iddiaları səslənir. İndiki durumda tərəflərin mövqeyi yekun razılaşmaya nə qədər yaxındır?
– Hazırda tərəflər arasında ciddi maneə yoxdur. Daha çox Ermənistanın qanunvericilik aktları və digər hüquqi sənədlərin prosesə əngəl olacağı bildirilir. Çünki Ermənistan konstitusiyasında Qarabağa qarşı iddialar əksini tapıb. Amma bu reallıqdan uzaq məsələlərdir. Faktiki olaraq Qarabağ azad edilib. Ermənistan konstitusiyasında mövcud olan hər hansı bir qeyd, yazı Azərbaycan Ordusunun Qarabağı geri almasına, dünyanın bu qələbəmizi tanımasına maneə olmadı.
– Belə çıxır ki, Ermənistanın mövcud qanunvericilik aktlarında Azərbaycana qarşı olan ərazi iddiaları prosesə heç də əngəl deyil…
– Ermənistan konstitusiyasındakı o absurd müddəaları çıxarmaq uzun prosesdir. Referendum keçirilməli və digər məsələlər həll olunmalıdır. Qarabağı Azərbaycan öz nəzarətinə qaytarıb. Sülh müqaviləsi də imzalansa bu da əlavə bir dəstək olacaq. Bununla Azərbaycanın qələbəsi bir daha ifadə ediləcək. Ona görə də, nəticəsi olan işlər görülməlidir. Ermənistan konstitusiyasında olan yazıların prosesə zərrə qədər təsiri yoxdur. Sadəcə olaraq hansısa bir xəstə təxəyyüllü erməninin istəkləri ilə bu qeydlərə sığala çəkilə bilər. Keçmiş sovet lətifəsində deyildiyi kimi “adamı pasportundan deyil, sifətindən vururlar”. Qarabağ azad edilib. Ona görə də, Ermənistandakı bəzi absurd qanunları dəyişmədən də sülh sazişini imzalamaq olar.
– Mövcud reallıqlar fonunda sülh razılaşması əldə edildikdən sonra Ermənistanda dəyişəcək siyasi konyuktura proseslərə necə təsir edə bilər?
– Təsəvvür edək ki, Ermənistanda siyasi konyuktura dəyişib. Onun əhalisi 3 milyondan 10 milyona çatmayacaq ki?.. Ermənistan ordusu hansısa sehirli çubuqla birdən-birə güclənməyəcək? Nə olacaq? Azərbaycan əhalisi 10 milyondan 3 milyona düşəcək, iqtisadiyyatı çöküb, Ermənistandan kiçik olacaq, ordusu zəifləyəcək? Siyasi konyuktura dəyişəndə də, heç nə dəyişməyəcək. Yenidən hansı şərtlər daxilində Ermənistan Qarabağa hücum edə bilər? Bunu Amerika, Fransa, Rusiya, Çin və Böyük Britaniya Azərbaycandan istəyə bilərmi? Belə bir şəraiti kim təsəvvürünə gətirir? Və yaxud hansı möcüzə baş verəcək ki, dünya birləşib Qarabağı bizdən alacaq? Bunlar boş və mənasız məsələlərdir. Arzu olunan odur ki, Ermənistan-Türkiyə münasibətləri tənzimlənsin, səfirliklər açılsın, gediş-gəliş başlasın. Əgər Ermənistanla Türkiyə və Azərbaycan arasında iqtisadi, insani, siyasi münasibətlər qurulsa, İrəvanı təcavüzə sürükləyən qüvvələrin təsiri sürətlə azalacaq.
– Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı gözləntilər nədən ibarətdir? Sülh mətni üzərində hansısa danışıqların aparılması ehtimal edilirmi?
– Ola bilər ki, xarici işlər nazirlərinə sülh mətni üzərində razılaşdırmaların aparılması ilə bağlı təlimat verilsin. İndi sülh üçün yaxşı imkan var. Burada prosesə əngəl törədəcək açıqlamalardan də çəkinmək lazımdır. Azərbaycan heç bir ölkəyə qarşı ərazi iddiasında deyil. Bakının yeganə məqsədi birbaşa Naxçıvanla əlaqənin əldə olunmasından ibarətdir. Bu da Ermənistanla olacaq razılaşmadan asılı olan prosesdir.
– Anklavların həlli ilə bağlı proqnozlor nədən ibarətdir?
– Ərazi mübadiləsi ilə bağlı guya hansısa referendumun keçirilməsi kimi məsələlər də gündəmə gətirilir. Burada referendum üçün əsas yoxdur. Delimitasiya komissiyası nəyi qərara alsa, bu da sənəd kimi ölkə başçılarına təqdim ediləcək. Həmin sənədlər imzalandıqdan sonra razılaşmalar hüquqi qüvvəyə minəcək. Ümumi baxımdan ərazi mübadiləsi referendum tələb etmir. Çünki Azərbaycanın və Ermənistanın ərazisində heç bir azalma və yaxud kiçilmə baş vermir. Eyni həcmdə, sahədə ərazilər mübadilə edilir.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı