Bolqarıstanın birinci xanımı Bakıda milli mətbəximizlə tanış olub - FOTOLAR

img

08-05-2024 [14:58]


Bolqarıstanın birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub.

Mia.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova Bolqarıstanın birinci xanımına Azərbaycanın milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib.

Qonağa şah plov, kükü, düşbərə, qutablar, yarpaq dolması, dovğa, habelə milli şirniyyatımız olan şəkərbura və Azərbaycan mətbəxinin digər ləziz nümunələri təqdim olunub.

Sonra Bolqarıstanın birinci xanımına milli mətbəximizin təamlarının hazırlanma üsulları nümayiş edilib.

Azərbaycan milli mətbəxinin ləziz təamları ilə tanışlıq Bolqarıstanın birinci xanımı Desislava Radevada xoş təəssürat yaradıb.

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR